Bu tarixdən Bakı-Laçın reysi fəaliyyətə başlayır - QİYMƏT
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni Bakı-Laçın müntəzəm avtobus reysi təşkil edilir.
Milli.Az xəbər verir ki, fevralın 25-dən fəaliyyətə başlayacaq Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edəcək. Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək. Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib.
Marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13,80 AZN müəyyən edilib.
Qeyd edək ki, hazırda sərnişinlər Laçına səfər etmək üçün Bakı-Xankəndi-Laçın müntəzəm avtobus reysindən istifadə edirlər. Yeni Bakı-Laçın reysi istifadəyə verildikdən sonra Bakı-Xankəndi-Laçın reysi artıq Bakı-Şuşa reysi kimi fəaliyyət göstərəcək və son məntəqə Şuşa şəhəri təyin ediləcək.
Bakı-Şuşa müntəzəm avtobus reysi, hazırda olduğu kimi, gündə 2 dəfə həyata keçiriləcək. Belə ki, reys üzrə avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Şuşaya saat 07:00 və 11:00, əks istiqamətdə isə 17:00-da və növbəti gün saat 09:00-da yola düşəcək. Məlumat üçün bildirək ki, reyslər üzrə avtobusların Şuşa şəhərindən və digər aralıq məntəqələrdən çıxış vaxtlarında dəyişiklik edilməyib.
Biletləri yalnız onlayn qaydada "biletim.az" portalı üzərindən əldə etmək mümkündür. Xatırladaq ki, Azərbaycan vətəndaşları "biletim.az" portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
Aysel Əkbər
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq
-
Azərbaycan şəhər gündəliyinin dəstəklənməsində əsas rol oynaya bilər - Dima Əl-Xətib
-
Mehman Mehdiyev vəzifəsindən getdi
-
Azərbaycanda leysan və dolu: Bu rayonlara yağış YAĞIR
-
Ailəsini ziyarətə gələn 18 yaşlı əsgər vəfat etdi - VİDEO
-
Bakı-Tiflis qatarı ilə səyahət edənlər cərimələnə BİLƏR
XƏBƏR LENTİ
-
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
-
"Real Madrid" ulduz futbolçu üçün "Qalatasaray"dan 80 milyon avro tələb etdi
-
Türkiyədə 25 məşhur saxlanıldı - Serenay Sarıkaya, Mabel Matiz... - YENİLƏNİB
-
Ronaldo dubl etdi, "Əl Nəsr" çempion oldu
-
277 nəhəng dirək saxlayacaq: 100 mərtəbəli qüllə üçün 54 metr dərinliyə endilər - FOTO
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar - FOTO
-
Dilimlənmiş qarpız almazdan əvvəl iki dəfə düşünün
-
Günün qoroskopu: Əlavə qazanc mənbələri tapmaq şansınız var
-
İki qutu siqaret qiymətinə satdığı tabloya indi ev pulu vermək üçün növbəyə durdular
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başladı
-
Əlikram Bayramov nəvəsini paylaşdı - FOTO
-
Vəzifəyə qayıdan Kılıçdaroğlundan ilk açıqlama
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq
-
Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib - FOTO
-
İki güləşçimiz Avropa çempionu oldu
-
Azərbaycan ilə BMT arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub - FOTO
-
Səhhətim irəli getməkdən, geri gedir … - Ofeliya Sənani
-
Yaşı 65 olanların nəzərinə: 2030-cu ilə qədər...
-
Özgür Özel vəzifədən uzaqlaşdırıldı, Kılıçdaroğlu qayıtdı
-
Akif İslamzadənin səhhəti açıqlandı
-
Beyləqanda maşınlar toqquşdu - 5 nəfər xəsarət aldı
-
Əli Əsədov Türkmənistana getdi
-
Azərbaycan şəhər gündəliyinin dəstəklənməsində əsas rol oynaya bilər - Dima Əl-Xətib
-
Bədənimiz hələ də köhnə dünyaya aiddir?





