Cəmiyyət

Aeroport yolunun hansı hissəsində hərəkət məhdudlaşdırılacaq? - AÇIQLANDI

12 Fevral 2026 16:36
Baxış: 498
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınlığı) gecə saatlarında müxtəlif istiqamətlərdə yolun hansı hissələrində məhdudiyyətin tətbiq edilməsini xəritə vasitəsi ilə izləmək mümkündür.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, 14 fevral tarixində saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) "Koroğlu" metro stansiyası istiqamətində, 15 fevral tarixində isə həmin saatlarda "Koroğlu" metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.