Mətbuat Şurası mediaya müraciət etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"da media materiallarının ictimai əhəmiyyətlilik dərəcəsi üç cəhətdən əsaslandırılır. Birincisi, sağlamlıq və təhlükəsizliyin qorunması, ikincisi, ictimaiyyətin ağır cinayətlərdən və vəzifədən sui-istifadə hallarından müdafiə olunması, üçüncüsü ictimaiyyətin əhəmiyyətli dərəcədə yanlış istiqamətləndirilməsi təhlükəsinin aradan qaldırılması. Azərbaycan jurnalistləri fəaliyyətlərində bu prinsipləri rəhbər tutmaqdadırlar. Amma bəzən fərqli tendensiyanın şahidi oluruq.
Milli.Az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Bildirilir ki, media orqanlarında müxtəlif qidaların zərərli olmasına dair fikirlərin yer alması, mövzuya dair ekspertlərin çıxış və rəylərinə yer verilməsi adiləşib. Qida bazarındakı hansısa məhsulun tamamilə keyfiyyətdən uzaq olduğu barədə bilgilərin yayılması da həmçinin. Bu barədə "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinin Mətbuat Şurasına ünvanladığı məktubda bildirilib. Qurum bu sayaq materiallar nəticəsində yalnız mövcud sahədəki şirkətlərin deyil, eyni zamanda, bütövlükdə satış və ərzaq təminatı sisteminin nüfuzuna, ümumən, iqtisadi etimad mühitinə zərbə vurulduğunu detallı şəkildə əsaslandırıb.
Əlbəttə, yanlış təqdimatlar, yoxlanılmamış məqamların açıqlanması qida sahəsində etibarlı dövlət nəzarətinin mövcudluğunu şübhələndirir ki, bu durumda vətəndaşda dövlətə inamsızlıq kimi mənfi təzahürün qeydə alınması qaçılmazdır. Bütün bunlara görə Azərbaycan Mətbuat Şurası "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyinin mövqeyini bölüşərək belə qənaətə gəlir ki, qida və pərakəndə sektorla bağlı iddialar ciddi faktlara söykənməlidir. Media orqanları, həmçinin, jurnalistlər mövcud istiqamətdə fikir bildirən şəxslərin statusunu, peşəkarlığını mütləq şəkildə nəzərə almalıdırlar.
Jurnalistlər qida təhlükəsizliyi məsələsinin cəmiyyətin və xalqın təhlükəsizliyinin vacib seqmenti olduğuna söykənərək, bu sektorda kimlərinsə reputasiyasına ziyan vurmağa hesablanmış bilgilərin, dezinformasiya təmayüllərinin yayılmasında alətə çevrilməməli, yalnız doğruları işıqlandırmaqla yüksək həssaslıq nümayiş etdirməlidirlər. Nəzərə alınmalıdır ki, həssaslıq həm də peşə prinsiplərinə, sivil jurnalistika dəyərlərinə sədaqətin ən mühüm göstəricisidir.
Mətbuat Şurası, eyni zamanda, bu qənaətdədir ki, ictimai maraqların müdafiəsində daimi səfərbərlik amili əsas götürülməklə, müvafiq dövlət qurumları, eləcə də sahə təşkilatları da vətəndaşların qida təhlükəsizliyi, sağlamlığı və rifahı ilə bağlı bigiləri diqqətdə saxlamalı, özlərinin operativ yanaşmaları ilə həm cəmiyyətin yanlış yönləndirilməsinin qarşısını almalı, həm də medianın etibarlı informasiyalarla təminatında boşluqların yaranmasına, dezinformasiya tipli yanlış bilgilərin ictimai rəydə hökmran mövqe tutmasına imkan verməməlidirlər./Trend
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu məktəblər distant təhsilə keçdi
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
XƏBƏR LENTİ
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib





