Cəmiyyət

Azərbaycanda film çəkmək üçün xərclər qismən geri ödəniləcək

10 Fevral 2026 13:50
Baxış: 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Milli.Az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Kinematoqrafiya haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada şərtlərlə həyata keçiriləcək.

Bununla bağlı qanuna aşağıdakı yeni anlayışlar daxil ediləcək:

xarici film - bütövlükdə xarici prodüser (prodüserlər) tərəfindən istehsal edilən film;
birgə istehsal filmi - yerli və xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab edilməyən film;
xarici prodüser - əcnəbi və ya vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan prodüser;

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib./Trend

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.