Valideynlər bunu etməsələr, məsuliyyət daşıyacaqlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən "İdrak" Liseyində şagirdin müəllimini güllələməsi ilə bağlı insident baş verib.
Hadisəni liseyin yuxarı sinif şagirdi törədib, 28 yaşlı qadın riyaziyyat müəllimi xəstəxanaya yerləşdirilib.
Araşdırma davam edir. Hadisə həm valideynlərin, həm də cəmiyyətin uşaqların oyunlar və sosial şəbəkələrdə nə ilə məşğul olduqlarına nəzarətin nə qədər vacib olduğunu bir daha göstərir. Məktəb mühitində təhlükəsizliyin təmin olunması və valideynlərin diqqətli olması bu kimi halların qarşısının alınmasında həlledici rol oynayır.
Milli.Az xəbər verir ki, bu barədə hüquqşünas Aysel Süleymanova Medialoq.az-a açıqlama verib.
O diqqətə çatdırıb ki, belə hadisələr ciddi hüquqi və sosial məsələlər yaradır:
"Uşaqların sosial şəbəkələrdə nə ilə məşğul olduqları valideynlərin və dövlətin diqqətində olmalıdır. Bir çox ölkələrdə sosial şəbəkələr üçün yaş məhdudiyyəti tətbiq olunur. Bu məhdudiyyət uşaqların zərərli məzmundan qorunması üçündür. Azərbaycanda da bu istiqamətdə qanunvericilik mövcuddur, amma tətbiqi zəifdir. Belə hadisələr fonunda sosial şəbəkələr yaş məhdudiyyəti ilə bağlı daha ciddi tədbirlər görə bilər. Valideynlərin övladlarının virtual mühitdə davranışına nəzarəti hüquqi baxımdan vacib sayılır. Valideyn uşağın təhlükəli virtual məzmun və oyunlara nəzarət etməzsə, inzibati qaydada bir neçə yüz manatdan başlayaraq cərimə oluna bilər".
O qeyd edib ki, hüquq sistemi bu cür hallarda həm uşağı, həm müəllimi, həm də cəmiyyəti qorumağa çalışır:
"Sosial şəbəkələr yaş məhdudiyyətini ciddi tətbiq edərsə, oxşar hadisələrin sayı azala bilər. Valideynlər də övladlarını izləməli, onların internet istifadəsini düzgün idarə etməlidirlər. Bu, həm də uşağın təhlükəsizliyini təmin edir. Uşağın təhsildə və sosial həyatdakı hüquqlarına hörmətlə yanaşılmalıdır"./Medialoq.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Meteohəssas insanların diqqətinə
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycanda sarı və narıncı xəbərdarlıq verildi
-
Ayın 19-da güclü külək olacaq - Proqnoz
XƏBƏR LENTİ
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - (Foto)
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)
-
Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - (Video)
-
Sumqayıtda tikilinin damında təmir işləri aparan şəxs xasarət alıb
-
Fransada aksiyalar zamanı saxlanılanların sayı 2 mini keçib
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Messi bir oyunda iki rekord müəyyənləşdirdi
-
Bakıda ağır qəza: BMW və "Hyundai" toqquşdu, ölən var
-
İndoneziyada 5,3 maqnitudalı zəlzələ baş verib
-
Selcan Mahsudova batut gimnastikası üzrə Dünya kubokunun qalibi olub - (Foto)
-
Meteohəssas insanların diqqətinə
-
Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular
-
Azərbaycanda polis rəisinin müavini vəfat edib
-
Makron xalqa müraciət edəcək
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
THE JAPAN ESSENCE GLOBAL EXPO 2026-nın ilk günü uğurla başa çatdı - (Foto)
-
TƏHLİL Siyasi İslamın ixracı, kəşfiyyat xidməti – Türkiyə təşkilatlarına niyə yenidən baxılmalıdır?
-
FTX bu ərazini sərhəd zonası elan etdi
-
Misir Səudiyyə Ərəbistanına yardım edəcək
-
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi
-
Boksçularımız dünya çempionatında mübarizəyə başlayırlar
-
İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı
-
Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var





