Mətbuat Şurasından XƏBƏRDARLIQ: Rezonanslı hadisələrdə uşaqlardan müsahibə qadağandır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İdrak" liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir".
Milli.Az xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının yaydığı çağırışda qeyd olunub.
Bildirilib ki, bu, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na tamamilə ziddir: "Belə ki, qaydaların "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, "jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir".
Həmin bənddə o da bildirilir ki, "daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır". Təəssüf ki, "İdrak" liseyindəki insidentlə bağlı üzərində dayandığımız təqdimatda buna riayət edilmədi".
Çağırışda həmçinin qeyd olunub ki, media mənsublarının "İdrak" liseyi şagirdindən aldıqları müsahibə, həmçinin müsahibə zamanı yol verdikləri davranış "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"nın "Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması" adlı 5-ci prinsipində əksini tapmış "ictimai əhəmiyyət" anlayışı "ictimaiyyət üçün maraqlı" olan informasiya ilə qarışdırılmamalıdır" tələbinin də pozulmasıdır: "Onların hərəkəti hadisə ilə bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət deyildi və məlum olaya olan ictimai diqqətə adekvat peşəkar davranış nümunəsi kimi qiymətləndirilə bilməz.
Azərbaycan Mətbuat Şurası jurnalistləri, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə davranmağa çağırır. Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı materiallar insanların informasiya tələbatını qarşılamaq iqtidarındadır. Buna əks təmayüllərin hər biri cəmiyyətə ziyandır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu məktəblər distant təhsilə keçdi
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
XƏBƏR LENTİ
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub
-
Paytaxtın 8 küçəsində tıxac var
-
Nə pilates, nə fitnes, nə də yoqa: Bədən üçün ən sağlam idman növü bəlli oldu
-
Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib





