Bu halda odlu silah gəzdirmək cinayət sayılmır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Odlu silah, döyüş sursatı, partlayıcı maddələr əldə etmə, saxlama, gəzdirmə əməlinin az əhəmiyyətli olduğu hallarda cinayət sayılması ehtimallarına aydınlıq gətirilib.
Milli.Az xəbər verir ki, bu, Konstitusiya Məhkəməsinin müvafiq qərarında öz əksini tapıb.
Qüvvədə olan qanunvericiliyə görə, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Yəni, şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirməyən və ya belə zərər təhlükəsi olmayan əməllər cinayət məsuliyyəti yaratmır.
Lakin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə 2 ilədək müddətə islah işləri və ya 2 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 14.2 (az əhəmiyyətli əməllər) ilə 228.1 (qanunsuz silah və döyüş sursatı dövriyyəsi) maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxıb.
Konstitusiya Məhkəməsinin qərarına görə, "az əhəmiyyətlilik" xüsusiyyəti qiymətləndirici xarakter daşıdığından yuxarıdakı abzasda göstərilən tərkib əlamətlərinin mövcud olduğu əməlin az əhəmiyyətli olub-olmaması hər bir işin faktiki hallarına əsasən hüquq tətbiqedən orqanlar tərəfindən (istintaq, prokurorluq və məhkəmə orqanları) müəyyən edilir.
Bildirilib ki, bu zaman döyüş sursatının kəmiyyət göstəricisi (patronun sayı) hüquq pozuntusunun ictimai təhlükəliliyini müəyyənləşdirməyə imkan verən digər göstəricilərlə (motiv, məqsəd, əməlin törədildiyi məkan, zaman, şərait və s.) birlikdə qiymətləndirilməlidir.
Qeyd edilib ki, bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün döyüş sursatının konkret sayına dair qanunda hər hansı minimum hədd müəyyən edilməyib. Bunun səbəbi odur ki, döyüş sursatları müxtəlif təhlükəlilik dərəcəsinə malikdir və istifadəyə yararlı bir ədəd patronun belə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə yaratmaq potensialı mövcuddur./Trend
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Meteohəssas insanların diqqətinə
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
XƏBƏR LENTİ
-
Cibinizdən ödəməyə tələsməyin – Yoldakı çuxur qəzaya səbəb olarsa, hüquqlarınız hansılardır? - (Video)
-
Göldə çimərkən qızıl külçəsi tapdı: 6 ay sonra sərvət onun oldu
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)





