Şirin Mirzəyev küçəsində nə baş verir? - Cinayət işi başlanıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nizami rayonunun Şirin Mirzəyev küçəsində yaşayan sakinlər artıq on ildən çoxdur ki, "Vesta Construction" şirkətinin həyata keçirdiyi tikinti layihəsi səbəbindən evsiz qalıblar.
Milli.Az xəbər verir ki, 2016-cı ildə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən pilot layihə çərçivəsində həmin ərazidə yerləşən qəzalı binaların sökülməsi və onların yerində yeni yaşayış binasının tikilməsi barədə qərar verilib. Layihənin icrası "Vesta Construction" MMC-yə tapşırılıb.
Ancaq sakinlərin sözlərinə görə, bu qərar onların problemlərini həll etmək əvəzinə daha da dərinləşdirib. Bildirilir ki, Mənzil-Tikinti Kooperativi nə köçürülən ailələri yeni mənzillərlə təmin edib, nə də müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirib. Əvəzində, həmin mənzillərin üçüncü şəxslərə satıldığı üzə çıxıb. Söhbət tək-tük hallardan deyil, ümumilikdə 50 nəfərə eyni mənzillərin satılması iddialarından gedir.
Şikayətçilərdən biri bildirir ki, "pilot layihə" adı altında evləri sökülüb, lakin 10 il keçməsinə baxmayaraq bina hələ də istifadəyə verilməyib:
"İcra orqanlarına dəfələrlə müraciət edirik, ancaq hər dəfə eyni vədləri eşidirik. Sonradan məlum oldu ki, bir mənzil bir neçə adama satılıb", - deyə sakin narazılığını ifadə edib.
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən verilən açıqlamada qeyd olunub ki, "Vesta Construction" MMC tərəfindən köçürülən sakinlərlə yanaşı, yaşayış kompleksindən şəxsi vəsaiti hesabına mənzil alan vətəndaşlar qarşısında da müqavilə öhdəlikləri, xüsusilə D bloku üzrə yerinə yetirilməyib.
Bildirilib ki, zərərçəkən vətəndaşlar dəfələrlə rayon icra hakimiyyətində qəbul olunub, şirkət rəhbərliyi çağırılaraq yaranmış problemlərlə bağlı xəbərdar edilib və məsələnin qısa müddətdə həlli tələb edilib. Buna baxmayaraq, problemlər tam aradan qaldırılmayıb.
Açıqlamada o da vurğulanıb ki, eyni mənzilin bir neçə şəxsə satılması və müqavilə şərtlərinin pozulması faktları üzrə vətəndaşların kollektiv müraciəti əsasında Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb və hazırda istintaq davam edir.
Eyni zamanda, son bir ay ərzində Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şirkət tərəfindən köçürülən sakinlərin kirayə xərclərinin ödənilməsinin təmin edildiyi də qeyd olunub.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb
-
Qarabağda yeni milli park yaradılıb - Sərəncam
-
Suraxanıda yol problemi ilə bağlı qurumdan açıqlama
-
Bu məhsulların qiyməti bahalaşdı
-
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi məlum oldu
-
Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
XƏBƏR LENTİ
-
Şəbnəm Tovuzlunun qızı ABŞ-yə köçür
-
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradılıb
-
Qarabağda yeni milli park yaradılıb - Sərəncam
-
Suraxanıda yol problemi ilə bağlı qurumdan açıqlama
-
Ermənistanın sabiq prezidentinin həbs müddəti ilə bağlı qərar
-
Bu məhsulların qiyməti bahalaşdı
-
Vüsalə efirdə yuxulayan musiqiçini belə oyatdı - (Video)
-
Polşada həyəcan siqnalı: Hava limanları bağlandı, hərbi aviasiya havaya qalxdı
-
Türkiyə millisinin yeni baş məşqçisi bəlli oldu
-
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi məlum oldu
-
Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
-
Bakının bu ərazisində ev və torpaq alanlar qazana bilər
-
Xalq artisti vəsiyyətini açıqladı: Bütün var-dövlətini ona verəcək - (Video)
-
Bu gün paytaxtda pulsuz avtobuslar işləyəcək
-
“Real” Mourinyonu istefaya göndərə bilər
-
Məşhur restoranda yoxlama keçirildi
-
16 yaşlı hindistanlının dişi gözündən çıxdı
-
Eldar Əzizov müşavirə keçirdi, tapşırıqlar verdi
-
Nəfəsdən ailəsi ilə bağlı üzücü xəbər - (Video)
-
"Mançester Yunayted" və "Liverpul" onun uğrunda mübarizə aparır
-
Renka əsəbləşdi: “Subay adamla sevgili ola bilmərəm?”
-
Kamran Əliyevdən yeni təyinatlar
-
Süni intellekt və kibertəhlükəsizlik üzrə qrant müsabiqəsi elan edildi
-
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - (Foto)





