Kompensasiya yetərsizdirsə, vətəndaş nə etməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük şəhərlərdə köhnə və istifadəyə yararsız tikililər, eləcə də daha əhəmiyyətli layihələrin həyata keçirilməsi məqsədilə müvafiq qurumlar tərəfindən sökülür.
Milli.Az xəbər verir ki, söküntü zamanı bir çox hallarda sakinlər təklif olunan kompensasiyalarla razılaşmırlar.
Bir çox vətəndaş mənzilinin sahəsi kiçik olduğuna görə ona verilən kompensasiya ilə yeni mənzil almaq imkanından məhrum olur. Bəs bu halda vətəndaş nə etməlidir?
Mövzu ilə bağlı hüquqşünas Fərhad Mehdiyev bildirib ki, kompensasiya məsələlərində şəffaf mexanizmlər tətbiq olunmalıdır:
"Bu proses tender prinsipi ilə həyata keçirilməlidir. Ərazi əvvəlcədən elan olunmalı, MTK-lar bina sakinlərinə müxtəlif təkliflər təqdim etməlidir. Vətəndaş da özünə uyğun variantı seçərək razılaşma əldə edə bilər".
Hüquqşünasın sözlərinə görə, vətəndaş kompensasiya şərtləri ilə razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir:
"Həm Konstitusiya, həm də qanunvericilik dövlətə yalnız ədalətli kompensasiya ödəmək şərti ilə mülkiyyətin alınmasına icazə verir. Məhkəmə qətnaməsi ilə vətəndaşın mülkiyyəti dövlət mülkiyyətinə köçür. Təbii ki, ona kompensasiya ödənməsi şərtilə".
Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, mənzil əgər bazarda satışa çıxarılırsa, burada təkcə bazar qiyməti yox, ədalətli dəyər əsas götürülməlidir:
"Ədalətli dəyər dedikdə, vətəndaşın yalnız mənzilinin bazar qiyməti deyil, həm də imtina etdiyi yaşayış hüquqları nəzərə alınmalıdır. Yəni kompensasiya onun əvvəlki yaşayış şəraitinə uyğun olmalıdır".
Söküntü və kompensasiya məsələləri həm icraçı qurumların, həm də vətəndaşların maraqları baxımından balanslı yanaşma tələb edir. Mütəxəssislər bildirirlər ki, prosesin şəffaf və açıq mexanizmlərlə aparılması tərəflər arasında razılaşmanı asanlaşdıra bilər. Qarşılıqlı dialoq isə bu cür layihələrin daha sağlam və dayanıqlı icrasına töhfə verər.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bazar günü hava necə olacaq?
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
XƏBƏR LENTİ
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Payız-qış mövsümündə dəbdə olacaq gödəkçələr
-
Psixoloq təkrarlanan pis yuxulardan qurtulmağın yollarını açıqladı
-
Kökəlmək istəyənlər oxusun
-
Üzünüzə gülən hər kəs dost deyil: Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
Evdə panik atak və stressə səbəb ola biləcək beş şey
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
-
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Günün qoroskopu: Qarşıda sizi maraqlı bir yenilik gözləyir
-
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Bəzi işbazlar avtomobildəki problemi gizlətmək üçün bu yola əl atırlar - (Video)
-
Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
-
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
-
Can Bonomoya ağır itki - (Foto)
-
Fransada kütləvi etirazlar zamanı 272 nəfər saxlanıldı - (Video)
-
Lamin Yamaldan möhtəşəm qol - (Video)
-
Dələduzların yeni taktikası: külli miqdarda pul verirlər, sonra... - (Video)
-
“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov
-
Naftalanda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)
-
“Futbolçular psixoloji təzyiq altında qalmamalıdır” - Vernidub
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu





