Surroqat analıq - qadının ona bioloji yad olan körpəni bətnində böyütmək və dünyaya gətirmək üçün könüllü ana olmaqdır. Başqa və daha sadə dillə ifadə etsək, surroqat analıq qadın bətninin kirayə verilməsi deməkdir. Çünki doğulan körpə böyüdülməsi üçün genetik valideynlərinə verilir və onlar körpənin hüquqi valideynləri sayılır.
Dünyada surroqat ana təcrübəsi
Surroqat analıq proqramı üzrə ilk uğurlu əməliyyat 1986-cı ildə Amerikada reallaşdırılıb. Müasir texnoloji üsullar və insan bədəni ailədəki uşaq problemini həll edə bilməyəndə surroqat ana ən yaxşı vasitə hesab olunur.
Sonralar isə bu proqram qanunla da tənzimlənərək bir çox ştatda reallaşdırılsa da, ABŞ-ın bəzi ştatlarında qadağan edildi. Həmçinin Avstriya, Fransa, Norveç və İsveçdə də surroqat ana proqramının tətbiqi qanuni əsaslarla yasaq edilib. Belçika, İrlandiya və Finlandiya kimi ölkələrdə də surroqat analıq qanuni yollarla tənzimlənmir və qeyri-leqal yollarla reallaşdırılır.
Həmçinin qeyd edək ki, Avstriya, Böyük Britaniya, İspaniya, Kanada, Niderlandda surroqat analıq, sadəcə, təmənnasız reallaşdırıla bilər. Yəni qadın daşıyıcı ana olmağa könüllü olmalı və əvəzində heç bir şey tələb etməməlidir. Amma Rusiya, Gürcüstan və Ukraynada isə onun həm kommersiya, həm də qeyri-kommersiya məqsədi ilə istifadəsinə qətiyyən yol verilmir.
Hindistanın daşıyıcı ana liderliyi
Statistikaya görə, surroqat analar məsələsində liderliyi Hindistan edir. Bu ölkədə surroqat analıq ciddi iqtisadi göstəricidir və daşıyıcı analar bu işdən ildə ümumilikdə təxminən 445 milyon dollar qazanırlar. Hindistanda surroqat analıq məsələsi 2002-ci ildən qanuniləşib və heç bir əngəl yoxdur.
Üstəlik, ABŞ-da daşıyıcı ana vasitəsilə uşaq sahibi olmaq istəyən ailə bunun üçün 100 min dollar pul xərcləməli olursa, Hindistanda bu az qala amerikalıya görə "semiçka pulu" edir.
Belə ki, amerikalı ailə övlad sahibi olmaq üçün öz ölkələrində yox, Hindistanda yerli bir qadınla razılığa gəlsələr, bunun üçün ona cəmi 10 min dollar ödəyirlər. Bunun 8 min dolları daşıyıcı anaya ödənilir, qalan 2 min dolları isə hamiləlik boyu yaranan problemlərin həll edilməsi üçün tibbi ehtiyaclara lazım olur.
Hindli anaların övladına bağlı olduğunu və doğumdan sonra uşağı valideyninə vermək istəməyəcəyi barədə isə amerikalılar öncədən razılıq alırlar. Belə ki, hindli ana doğuşdan sonra uşağı ailəyə verəcəyi barədə rəsmi sənədə mütləq imza atmalıdır.
Azərbaycanda surroqat anaya ehtiyac varmı?
Hazırda Azərbaycanda ailələrin az faizi sonsuzluq problemi ilə üzləşir. Məhz bu problemdən çıxış yolu kimi surroqat analardan istifadə ölkəmizdə o qədər də isti münasibət görmür. İctimai statusu olan şəxslər hesab edir ki, belə bir qanuna ehtiyac var. Çünki kimin imkanı var, İranda və başqa yaxın ölkələrdə bunu həyata keçirir, amma imkanı olmayan, uşaq sahibi olmaq istəyən ailələr bundan yararlana bilər.
Amma qeyd edək ki, surroqat analıq sonsuzluğun həlli ola bilməz. Çünki surroqat ana, sadəcə, daşıyıcıdır və o mayalanmış yumurta hüceyrələrini daşıyır. Qərbdə insanların surroqat analara ehtiyac duymasının səbəbi sonsuzluq problemi deyil, şəxsi həyatlarını istədikləri kimi yaşamaqdır. Maksimum sərbəstliyə öyrəşmiş amerikalı ailə hamiləliyin reallaşdığı 9 aylıq zamanı vaxt itkisi və yaxud da qadın gözəlliyinin pozulması kimi dəyərləndirir və bu səbəbdən də ər-arvaddan alınmış sperma və yumurta hüceyrəsi laborotoriya şəraitində mayalandırılır və surroqat ananın bətninə yerləşdirilir.
Azərbaycanda daşıyıcı ana olacaq?
Qeyd edək ki, Azərbaycanda surroqat analığın qanunla tənzimlənməsi üçün "Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında" qanun layihəsinda düzəlişlər nəzərdə tutulsa da, surroqat ana məsələsi qanunvericiliyə daxil edilmədi. Millət vəkilləri buna Azərbaycan cəmiyyətinin hələ hazır olmadığını bildirdilər. Həmçinin bunun mentalitetimizə yad olması, eləcə də insan alverinə yol açacağı barədə də fikirlər səsləndirildi.
MM Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, dünyada surroqat ana məsələsi yeni müstəvidə narahatlıq doğurur, belə ki bu məsələ indi daha çox insan hüquqları ilə birlikdə səslənir: "Amerikada surroqat ana statusu 50 ilə yaxındır qanuniləşdirilib. Amma saysız-hesabsız problem var. Əgər ana hamiləlik dövründə xəsarət alarsa, buna kompensasiya ödənilməlidirmi, əlillik yaransa necə olacaq, bu kimi suallar çoxdur".
Millət vəkili bildirir ki, elə hu səbəblərdən də surroqat analıq məsələsi qanunda əksini tapmayıb və Azərbaycanda reallaşdırılmayacaq.
Azərbaycanda 500 ailə "surroqat ana" yolu ilə övlad sahibi olub
Cəmiyyət bu məsələyə birmənalı yanaşmır. Facebook sosial şəbəkəsində keçirdiyimiz sorğu da buna əsas verdi. "Sizcə surroqat ana Azərbaycanda qanuniləşdirilməlidir?" adlı sorğumuza qatılan 36 nəfərdən 17-si "qətiyyən" cavabını verdi, 11 nəfər bunun insan alverinə yol açacağını düşündüyünü dedi, 3 nəfər "lazımdır, sonsuz ailələrə ümid olar" dedi, 5 nəfər isə "mentalitetimizə yaddır" dedi.
Qeyd edək ki, bu günə qədər Azərbaycanda surroqat ana yolu ilə valideyn ola bilənlər var. Ölkəmizdə bu, qanunla izinli olmadığı üçün vətəndaşlar prosesi xaricdə reallaşdırırlar.
Ekspert: ""Surroqat ana" insan istismarıdır"
Tibb elmləri doktoru Adil Qeybulla bildirir ki, daşıyıcı analıq istənilən halda insan istismarı deməkdir: "Çünki maddi imkanı yaxşı olan ailə pula ehtiyacı olan qadının bədənindən istifadə edərək onu istismara məruz qoyacaq. Əgər bu qanuniləşdirilsə, tendensiya xarakteri alacaq, qadınlar bədən quruluşunu qoruyub saxlamaq üçün, doğuşdan sonra süd vəzilərinin formasını itirməmək üçün surroqat analıqdan istifadə edəcəklər. Cəmiyyət buna hazır deyil. Həm hüquqi, həm iqtisadi, həm mənəvi aspektdən doğru qiymət verən ölkələrdə surroqat analıq qadağan edilib. Qanuna salınmaqla məsələ bitmir, surroqat ana, süni mayalanma, donor bankı bizim cəmiyyətin asanlıqla qəbul edəcəyi şeylər deyil".
Ekspert qeyd etdi ki, sonsuzluq probleminin həlli üçün də bu çıxış yolu sayıla bilməz. Çünki surroqat ana mayalanmış yumurta hüceyrələrinin daşıyıcısıdır. Əgər ailənin iki fərdindən birində sonsuzluq problemi varsa, bu mayalanma onsuz da baş tutmayacaq: "Qeyd etdiyim kimi, ana özünü düşünərək, formasını itirmək təhlükəsi yaşayacağını düşündüyü üçün könüllü formada hamiləlikdən imtina edir, o zaman surroqat ananın köməyinə ehtiyac duyulur".
Nilufər
Milli.Az
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Surroqat ana": Kirayənin yeni növü?
29 Avqust 2012 02:00
0 Şərh
Baxış: 24 196

DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Sözlərinizə güvənin
-
“Bakı Marafonu 2025” yekunlaşdı - YENİLƏNİB - FOTO
-
Bu gün 27 mindən çox şagird imtahan verdi
-
Leyla Əliyeva və Arzu Əliyevanın Naxçıvan səfəri Ordubad rayonunda davam edib - FOTOlar
-
Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun?
-
Çin maşını sürənlərin gözü yaşlıdır: Ehtiyat hissələri tapılmır
XƏBƏR LENTİ
-
Hamamda meyit aşkarlandı
-
Klopp "Real"a görə peşman olub
-
Maşın ağaca çırpıldı - ölən var
-
Anasının ölümünü xatırladı: "Tarixin təkrarlanmasını istəmirəm"
-
3 bürc üçün yaşıl işıq görünür
-
Ledi Qaqa 2,1 milyon tamaşaçı ilə Madonnanın rekordunu keçdi - FOTO
-
"70 manat göndərin sizə 5 min kredit verək” – Dələduzların növbəti oyunu - VİDEO
-
“Siz hələ onluğa düşməmisiniz”
-
Uşaqlarının ikisini öldürüb, birini yaralayıbmış - FOTO
-
Qaşıq-qaşıq içirik amma böyrəkləri məhv edir - Tərkibindəki gizli təhlükə
-
Mirvarid Dilbazinin qızı: "Efirdə utanmaz-utanmaz mahnını oxuyur, demir ki, bu sözləri kim yazıb"
-
Qurban Qurbanov Bəhlulla görüşmədiyi videodan danışdı
-
Akif İslamzadənin oğlunun toyu oldu - VİDEO
-
Günün qoroskopu: Sözlərinizə güvənin
-
Azərbaycan vətəndaşı Rusiyada faciəvi şəkildə öldü - FOTO
-
“İnanmıram ki, o, belə göstəriş versin” - Qurban Qurbanov
-
Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib - FOTO
-
15 yaşında “Qarabağ”da ilk oyununa çıxdı - VİDEO
-
Qadına hücum etdiyi deyilən sabiq məmur nəvəsi saxlanıldı - yenilənib - VİDEO
-
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər - FOTO
-
Moskvada binada partlayış - 2 ölü, 15 yaralı var
-
Bu yolda sürət həddi endirildi
-
Ölümdən başqa hər dərdin dərmanı: Bir stəkan bəs edir
-
Bakıda binada yaşayış ola-ola növbəti söküntü - VİDEO