TƏBİB stomatoloqların ixtisarını belə izah etdi: "Səmərəli deyil" - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:44
Bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. Araşdırmalar göstərir ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranıb.
Qeyd olunub ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2020-ci il tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi" çərçivəsində sığortaolunan şəxslərə tibbi xidmətlərin ödənişsiz göstərilməsini təmin edir:
"Bununla yanaşı, "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş TƏBİB-in Nizamnaməsinin 3.1.7-ci yarımbəndinə əsasən, Xidmətlər Zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tarifləri, həmçinin sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının müvafiq qərarları ilə tənzimlənir.
Stomatoloji xidmətlərin əksəriyyəti (149 adda xidmət) icbari tibbi sığorta təminatına daxil deyil və yalnız ödənişli əsaslarla həyata keçirilir. Bu xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il tarixli 18-1/17-Q/2025 nömrəli qərarı ilə təsdiq edilib.
Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəriciləri araşdırılıb. Təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib".
"Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin "ə" bəndinə əsasən, əmək şəraitinin şərtlərini dəyişdirmək, eləcə də işçilərin sayını və ya ştatlarının ixtisar edilməsi işəgötürənin hüquqlarından biridir. Həmin Məcəllənin 70-ci maddəsinin "b" bəndinə əsasən, işçilərin sayının və ya ştatlarının ixtisar olunması əmək müqaviləsinə xitam verilməsi əsaslarından hesab olunur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildiririk ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stomatoloji xidmətlərlə bağlı aparılan təhlillərə və maliyyə-iqtisadi əsaslandırmalara uyğun olaraq, stomatoloqların sayının (ştatlarının) optimallaşdırılması, o cümlədən ixtisar edilməsi prosesi əmək qanunvericiliyinin tələblərinə ciddi riayət olunmaqla təmin edilir".
Qeyd edək ki, rayonlarda fəaliyyət göstərən stomatoloqlar ixtisarlara etiraz olaraq TƏBİB-in qarşısında etiraz aksiyası keçiriblər. Təxminən yüzə yaxın stomatoloq kənd və rayonlardan etitaz aksiyası üçün Bakıya gəliblər.
12:33
Rayonlarda fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısına toplaşıb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, TƏBİB-in qarşısına toplaşanlar arasında müxtəlif rayonlardan gəlmiş təxminən əlliyə yaxın stomatoloq iştirak edir.
Məlumata görə, onlar ixtisar qərarlarının ləğv edilməsini və bu məsələyə yenidən baxılmasını tələb edirlər.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib.
Xatırladaq ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ötən ilin noyabr ayında keçirdiyi mətbuat konfransında sözügedən məsələ toxunmuşdu:
"Biz ilin əvvəlindən təhlillər aparmışıq, əlimizdə stomatoloqların xidmət səviyyəsi ilə bağlı faktlar var idi. O dövrdən bugünədək stomatoloqların fəaliyyətini dəyərləndirdik. Elə tibb müəssisələrimiz var ki, oraya bir il ərzində 1 nəfər belə müraciət etmir. Demək ki, vətəndaş bu xidmətin keyfiyyətindən məmnun deyil. Çünki stomatologiya ən çox müraciət olunan sahələrdən biridir. Əgər müraciət yoxdursa, demək, xidmətin səviyyəsi qənaətbəxş deyil. Vacib məqam vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətindən məmnun qalmasıdır. Bununla bağlı TƏBİB ciddi islahatlar həyata keçirəcək. Stomatoloqlarla bağlı araşdırma davam edir. Nəinki stomatoloq, digər həkimlərin fəaliyyəti ilə bağlı da araşdırma gedir və son nəticələrlə bağlı məlumat veriləcək. Regionlarda artıq bəzi stomatoloqların ştatlarının ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib".
Mina Mikayılova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - (Video)
-
Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycan geosiyasi mövqeyindən peşəkarlıqla istifadə edərək dünyaya töhfə verir - Sahil Kərimli
-
Uşaq pulu ilə bağlı yenilik - Şərtlər açıqlandı
-
Ağdam şəhərinə köçürülən 117 ailəyə mənzillərin açarları təqdim olunub - (Yenilənib)
-
Azərbaycanda itkin düşmüş şəxslərlə bağlı statistika açıqlanıb
XƏBƏR LENTİ
-
Röyanın keçmiş qaynatası həbsdən çıxdı - Görüntüləri yayıldı
-
"Sabah" braziliyalı futbolçu transfer etdi
-
“Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...” - Bağçadakı qalmaqalın detalları - (Video)
-
Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq
-
BMT çıxılmaz vəziyyətdədir, Prezident İlham Əliyev çıxış yolu təklif edir: Dünya niyə yenidən islahatdan danışdı?
-
Paşinyan: Ermənistan Rusiya və Aİİ qarşısında götürdüyü öhdəlikləri pozmayıb
-
Putin: Ermənistanın Aİ arzusu qanunidir, ancaq Aİİ-dən ayrılması demək olacaq
-
Bazarda 2,50 manata satılan möcüzəvi meyvə ürəyi yeniləyir
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb - (Video)
-
(SABAH) ŞƏT-in Bişkek Sammiti qlobal güc dəyişikliyinin mühüm göstəricisidir - Mehmet Yüce
-
"Qızıl Top" reytinqi və əsas favorit açıqlandı
-
CENTCOM: SEPAH hədəflərinə zərbələr endirməyə başladıq
-
"Qarabağ"dan gedər-getməz qol vurdu, komandası qalib gəldi
-
Qabriel Jezus “Barselona”da
-
Samirə Əfəndi dondurmaçının önündə rəqs edənləri qınadı
-
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb - (Foto/Video)
-
Sevinc Əzizovaya vəzifə verildi
-
Putin danışarkən Peskov yatdı - (Video)
-
Trabzonspor Fatih Tekke ilə yollarını ayırdı
-
İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib - (Foto)
-
Niyaməddin Musayevin fotoşopu müzakirə yaratdı - (Video)
-
Mahir Emrelinin komandasına yeni baş məşqçi təyin olundu
-
Ramiz Mehdiyevə yeni ittiham elan olundu
-
Sabah bu qəsəbədə qaz olmayacaq





