Cəmiyyət

"Mavi yanacaq" həsrəti bitmir - Bu kəndin sakinləri hələ də qazsız yaşayır

4 Dekabr 2025 10:45
Baxış: 222
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkirin Tatarlı kəndinin yeni yaşayış massivi 37 il əvvəl salınıb. Adı yeni olsa da sakinlər uzun illərdir ki, mavi yanacağa həsrətdirlər. 2 il ərazidə işlər başlansa da yarımçıq qalıb.

Bəs buna səbəb nədir?

Sakinlərin sözlərinə görə, onlar hələ də odun peçi istifadə edirlər. 

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyindən bildirildi ki, cari ildə Şəmkir rayonunun 3 yaşayış məntəqəsində, eyni zamanda Tatarlı kəndində paylayıcı və daşıyıcı qaz kəmərlərinin tikinti işlərinə başlanılmışdı. Bu kəndin 5 kilometrə yaxın müxtəlif  diametrli paylayıcı küçə xətləri, tikinti işləri aparılmış texniki çətinlik səbəbindən işlər dayandırılıb. 

Həmçinin qeyd olundu ki, ərazidə işlərin davam etdirilməsi üçün müəyyən tədbirlər görülür.

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.