Cəmiyyət

Sığortadan pulu gecikənlərin NƏZƏRİNƏ: Təzminat almaq olar - AÇIQLAMA

11 Aprel 2025 15:47
Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəza edən bəzi sürücülər dəymiş zərərin qarşılığını almaq üçün bəzən aylarla gözləməli olurlar. Bir çox zərərçəkən məbləğin az olmasından şikayətlənir. 

Milli.Az xəbər verir ki, sığorta üzrə mütəxəssiz Emil Ağabağırov bildirib ki, qəza yerinə ilk olaraq yol polis əməkdaşları gəlir.

"Daha sonra avtomobilə dəymiş ziyanı öyrənmək üçün müştəri servisə göndərilir. Servisdə qiymətləndirmə bir neçə gün tuta bilər. Bu həftəsonu və qeyri-iş günlərinə düşəndə isə zaman uzana bilər. Hadisəni təsdiq edən sənədi isə yol polisi göndərir. Bütün sənədlər sığorta şirkətinə təqdim edildikdən sonra 7 iş günü ərzində ödəniş edilir". 

Bəs gecikdirən sığorta şirkətləri ilə bağlı qanun nə deyir? 

"Əgər hadisə nəticəsində alan varsa, müddət bir az uzana bilər. Əgər sığorta şirkəti fərqli səbəblərdən ödənişi gecikdirirsə, qanunvericilikdə bununla bağlı təzminat nəzərdə tutulub. 7 iş günündən sonra yenə gecikmə olarsa, hər günə görə 0.1 faiz nəzərdə tutulur. 

Qeyd edək ki, sözügedən qayda təkcə avtomobil sığorta planı üçün yox, daşınmaz əmlaklar üçün də keçərlidir".

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.