Soyuqdəymədən qoruyan 5 möcüzəvi təbii üsul
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrlərdə soyuqdəymə və qrip hallarının artması sağlamlıq mütəxəssislərinin diqqət mərkəzindədir. Xüsusilə qış aylarında, soyuq havanın təsiri və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi səbəbindən viruslar daha sürətlə yayılır. Bu artımın qarşısını almaq və immunitet sistemini gücləndirmək üçün bir sıra təsirli əlavələr tövsiyə olunur.
Milli.Az xəbər verir ki, bunlara C vitamini, D vitamini, sink, B6 vitamini və sarımsaq daxildir.
Mütəxəssislərin araşdırmalarına əsasən, gündəlik 1-2 qram C vitamini qəbulu soyuqdəymənin müddətini böyüklərdə 8%, uşaqlarda isə 14% azaldır. Bu vitamin həmçinin simptomların şiddətini yüngülləşdirir və bədənin antikor istehsalını dəstəkləyir. Qripin ilk simptomları hiss edilən zaman C vitamini qəbul etmək xəstəliyin müddətini təxminən bir gün azalda bilər.
D vitamini də qış aylarında xüsusi əhəmiyyət daşıyır. Milli Sağlamlıq Xidməti (NHS) tövsiyə edir ki, insanlar, xüsusən yaşlılar, azyaşlı uşaqlar və günəş işığından az faydalana bilən şəxslər bu vitaminin müntəzəm qəbulunu təmin etsinlər. Araşdırmalara görə, qış dövründə D vitamini çatışmazlığı olan insanlarda bu əlavənin istifadəsi tənəffüs yolu infeksiyaları riskini yarıbayarı azaldır.
Sink immunitet hüceyrələrinin inkişafı və funksiyası üçün vacibdir. Araşdırmalar göstərir ki, sink qəbulu soyuqdəymənin müddətini orta hesabla iki gün azalda bilər. Bununla yanaşı, sink mukoza toxumasının sağlamlığını dəstəkləyir və antiviral təsir göstərir.
B6 vitamini isə antikor istehsalını artırmaqla yanaşı, stress və narahatlığı azaltmağa kömək edir, bu da immunitet sisteminin fəaliyyətini dolaylı olaraq yaxşılaşdırır. Tədqiqatlar göstərir ki, B6 vitamini çatışmazlığı həm soyuqdəymə, həm də digər ciddi xəstəliklərə meyilliliyi artırır.
Sarımsaq da təbii immunitet gücləndirici kimi tanınır. Bəzi araşdırmalara görə, sarımsaq əlavələrinin müntəzəm istifadəsi soyuqdəymə riskini azaldır və simptomları daha yüngül hala gətirir. Eyni zamanda, kreatin kimi daha az tanınan əlavələr də immunitetə müsbət təsir göstərə bilər. Mütəxəssislər bu maddənin iltihab əleyhinə təsirini və infeksiyalarla mübarizədə potensialını öyrənmək üçün daha geniş tədqiqatların aparılmasının vacib olduğunu vurğulayırlar.
Bu tövsiyələr müntəzəm və uzunmüddətli istifadəyə əsaslanır. Sağlam qidalanma, balanslı həyat tərzi və profilaktik tədbirlər ilə birlikdə bu əlavələr immunitet sistemini dəstəkləyərək, xəstəliklərdən qorunmağa kömək edə bilər.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Bakının bu ərazisində işıq kəsiləcək
-
Kamaləddin Qafarov: Bu Zəfər milli iradənin təntənəsi idi
-
Millətlər Liqası: Ronaldusuz Portuqaliya 1/4 finalda!
-
Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)





