Cəmiyyət

2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı təsdiq edildi

21 Noyabr 2023 21:03
Baxış: 1 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilir.

Müzakirələrdən sonra sənədlər səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.