Şahbaz Xuduoğlu Azərbaycan dilindən imtinaya çağırdı: “Şamaxı, Qazax ləhcəsindən yığılıb”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Türkiyə türkcəsini dövlət dili kimi qəbul etməliyik - Bir millət, bir dil".
Milli.Az savaş-a istinadən xəbər verir ki, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlunun feysbuk sosial şəbəkəsində bu cümlə ilə başlayan statusu etiraz doğurub.
Naşir istifadəçilərin qınadığı bu statusun davamında aşağıdakıları qeyd edib: "30 ildir kitab nəşr edirəm. Yaxşı satılan kitabların sayı iki mini keçmir. Yerli yazıçıların əsərləri daha da zəif. İlboyu 200, 300, yaxud 50-60 ədəd oxunur. Əsas tərcümə ədəbiyyatı oxunur. Ondan da oxucular daim narazıdırlar. Buna baxmayaraq, kitab bazarında rusca, türkcə, ingiliscə kitabların həcmi artmaqda davam edir. Bakıda rusca daha çox oxunur. Regionlarımız, gənclik isə türkcə oxumağa üstünlük verirlər. Müasir oxucular Dostoyevski, Tolstoy, Çexovu, Turgenovu və sair rus klassiklərini türkcə oxuyurlar. Müstəqilliyin tarixi 30 ili keçsə də, dilimizin xüsusi nəaliyyəti yoxdur. Arxada qalan illərində təhsil sistemi qurulmadı. İxtisaslı mütəxəssislər yetişdirən təhsil ocaqlarımız düz-əməlli dərsliklər yaza bilmədilər. Tələbələr yalnız xarici dillər öyrənməklə dəqiq fənlər üzrə; tibb, iqtisadiyyat, kimya, fizika, riyaziyyat sahəsində biliklərini artırır, yaxud xaricdə təhsilə üz tuturlar. Hüquq sahəsində hələ də rus kitablarını tərcümə edib tələbələrə oxudurlar".
Ş. Xuduoğlu bildirib ki, dilimiz böyükdür desək də, öz dilimizdə oxumuruq: "İndi danışdığımız dil Şamaxı, Qazax ləhcəsindən yığılıb, ədəbi dil şəkilini alıb və göründüyü kimi, heç də hamının sevimlisi ola bilməyib. Dilimizin konstitusiya adı Azərbaycan dili olsa da, bu dil əyalətçilikdən xilas ola bilmədi, milli birlik yaratmadı.
Bütün elit obyektlərdə, restoran, hotellərdə rusca danışılır. Yüksəkvəzifəlilər öz aralarında rusca danışır. Bu günün özündə də rus məktəbləri Azərbaycan məktəblərini "yeyir".
Özlərini intellektual, mədəni hesab edənlər bu dildə danışmırlar, heç danışmaq da istəmirlər. Adamlar var, bu ölkədə doğulur, ad, məzhəb sahibi olur, amma bu dili bilmirlər. Ona görə ki, zərurət görmürlər. Azərbaycanda daim rusca danışan, mən azərbaycanca bilmirəm deyən necə olur İstanbula düşən kimi türkcə danışmağa başlayır? Necə olur Azərbaycan şairlərindən bir şeir bilməyən rusdilli azərbaycanlı Nazim Hikməti əzbər bilir?"
"İndi beş-altı yazıçı çıxıb deyə bilər ki, bəs bizim klassiklər, bizim gözəl dilimiz... Demək, onlar gələcəyi görə bilmirlər. Bu gedişlə bu dil bir azdan heç meyxana dili də olmayacaq. Cümhuriyyət yarananda dilimizin adı türk olub, kitablarımız türkcə çıxıb. Bəs indi niyə gerçək dilimizə sahiblənmirik?
Cənubda 30 milyon Azərbaycan türkü olduğunu deyirik. Tehran kitab səgisində olanda şahidi oldum ki, onlar da türkcə kitab oxumağa üstünlük verirlər, Türkiyə filmlərinə baxırlar. Onlara azad seçim imkanı verilsə, 99 faizi təhsil üçün Türkiyəyə gedər. Sabah muxtariyyət hüququ qazansalar, Türkiyə-Atatürk türkcəsini seçəcəklər, Azərbaycan türkcəsini yox. Ona görə ki, bizim türkcədə ağlabatan heç nə yoxdur. Bu dildə nə hüquq sistemi quruldu, nə səhiyyə, nə də təhsil. Kitab oxuyan da yoxdur.
Çoxu deyir ki, ortaq türk dili olsun. Bu, sadəcə ədabazlıqdı. Türkiyənin gül kimi türkcəsi var, daha cəsarətli tərpənib o dili olduğu kimi qəbul etməliyik. Əslində, müasir türk əlifbasının müəlliflərindən biri elə Mirzə Fətəli Axundovdur. Axundov əlifbasının qəbulu, həm də o irsə sahiblənmək deməkdir. Əgər dilimizin adı Azərbaycanda yaşayan digər xalqlara daha tolerant münasibətlə bağlıdırsa, axı onlar da təhsil, səhiyyə və biznes üçün Rusiya və Türkiyə üz tuturlar. Onlar da mədəni görünmək üçün rusca, yaxud türkcə danışırlar. Son vaxtlar Azərbaycanda türkcə yazanların sayı artıb. Həmişə düşünmüşəm yaxşı olacaq, dilimiz inkişaf edəcək. Ümid məni irəli aparır, reallıq isə geri çəkir. Yeganə inkişaf yolumuz Axundov irsinə qayıtmaq öz türkcəmizi qəbul etməyimizdir", - o əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xadimə ilə rəqs edən şəxs Mübariz Əsgərovun oğlu imiş (Video)
-
Məhkəmə Kamran Əsədovla bağlı qərar verdi
-
İyulda temperatur iqlim normasından yüksək olub
-
Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı qərar - Tələbələrin aqibəti bəlli oldu
-
Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənir
-
Magistraturaya qəbul olanlar üçün qeydiyyat başladı - Yalnız bu portal üzərindən
XƏBƏR LENTİ
-
Pendiraltı suyu nədir və faydaları nələrdir?
-
Ceki Çan Bakıda (Foto)
-
Meyvələrin üzərindəki ağ təbəqə kir deyilmiş: Mütəxəssislər əsl səbəbi açıqladı
-
“Çelsi” Kukurelyanın yerinə Çavarriyanı transfer etdi
-
Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq
-
Gəncədə təcili yardım maşını qəzaya düşdü (Video)
-
Ulduz hücumçu "Barselona"ya keçmək üçün maaşını endirməyə hazırdır
-
Sabah bəzi ərazilərdə işıq olmayacaq
-
Türkiyə klubu Nəriman Axundzadənin transferini elan etdi - Yenilənib
-
Türk gəmisi vuruldu - ağır yaralılar var - Yenilənib - (Video)
-
Günün qoroskopu: Reallıq ilə xəyal dünyası arasındakı sərhədlər itir
-
Qardaşı oğlu ilə dənizdə batan Arisin (Fotosu)
-
Açıq sarı, tünd sarı, narıncı - Rəngi belə olan yumurtanı əsla yeməyin
-
15 yaşlı oğlan və əmisi dənizdə batdı - Yenilənib
-
İllərdir səhv dəmləyirmişik: 1 ədəd əlavə etmək kifayətdir
-
“Atam o hadisədən sonra valideynlərindən, bacı və qardaşlarından uzaq düşür” (Foto)
-
İmişlidə zəlzələ oldu
-
Olqa Stefanişina vəzifəsindən azad edildi
-
Tramp: İran heç vaxt nüvə silahına sahib olmayacaq
-
"48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi"
-
Nuridə Məmmədova vəzifəsindən azad edildi
-
İstanbulda torpaq sürüşməsi baş verib, dağıntılar altında qalanlar var (Foto)
-
“Yaprak Dökümü”nun aktyoru “Uzak Şehir”də (Foto)
-
Şəmkirdə "Niva" yanıb (Foto)





