Cəmiyyət

Məmməd Əmin Rəsulzadənin anım günü ilə əlaqədar film nümayiş olunacaq

27 Yanvar 2023 16:54
Baxış: 523

Məmməd Əmin Rəsulzadənin anım günü ilə əlaqədar olaraq 31 yanvar tarixində "Park Cinema" kinoteatrlar şəbəkəsində görkəmli şəxsiyyət haqqında çəkilən film nümayiş olunacaq.

Ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Rəsulzadənin izi ilə Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb.

Film ərzində yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv sənədləri, eksklüziv foto və video görüntülər nümayiş olunur.

Layihənin müəllifi Aztv-də yayımlanan "Yüz ilin sirləri" verilişin müəllif-aparıcısı Hüseyn Cavadzadədir.

Xatırladaq ki, Məmməd Əmin Rəsulzadə 1884-cü il, 31 yanvar tarixində Bakının Novxanı kəndində anadan olunub.

5 ilədək dəyişməz 14%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics