Bu gün Vəkillər Kollegiyası Rəyasət Heyətinin konfransında quruma yeni üzvlər qəbul olunub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 11 hüquqşünas Vəkillər Kollegiyasının Rəyasət Heyətinə üzv qəbul edilib ki, onların arasında Aprel döyüşləri şəhidi, "Murov qartalı" adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə də var.
Qeyd edək ki, BDU-nun Hüquq fakültəsinin məzunu olan S.Alızadə həm də QHT sektorunda fəaliyyət göstərir.
Milli.Az