Cəmiyyət

Metroda bank kartları ilə ödəniş sınaqdan keçirildi

5 Noyabr 2022 19:17
Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunda bank kartları ilə ödənişin tətbiqi istiqamətində işlər davam etdirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC -nin sədr müavini Hidayət Məmmədov bu gün Bakı metropoliteninin 55 illiyinə həsr edilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Sədr müavini bildirib ki, texniki dizayn işləri davam etdirilir.

"İlkin sınaq işləri uğurla aparılıb. Bakı Metropolitenindən eyni zamanda kifayət qədər çox sayda sərnişin istifadə etdiyindən sistemin texniki funksionallığı ən optimal həddə olmalıdır. Yəni, bura kifayət qədər çoxsaylı məsələlərin həlli vacibdir. Bütün sınaqlar tam başa çatdırılıb, sisteminin problemsiz fəaliyyəti təmin edildikdən sonra konkret tətbiq istiqamətində məlumatlar veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.