Cəmiyyət

Hava ilə bağlı AÇIQLAMA

30 Sentyabr 2022 21:34
Baxış: 7 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oktyabr ayına keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir, adətən tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. O deyib ki, Bakıda havanın temperaturu orta hesabla gecələr 13-15 dərəcə, gündüzlər 19-21 dərəcə olub. Lakin son 22 ildə oktyabr ayında havanın ən yüksək maksimal temperaturu 2012-ci ildə Abşeron yarımadasında 35.1 dərəcə isti qeydə alınıb: "2001-ci il isə, əksinə havanın temperaturu ən aşağı göstəriciyədək enib və qış üçün səciyyəvi temperatur olan 3.4 dərəcə isti qeydə alınıb. Bu göstəricilər oktyabr ayında havanın çox dəyişkən olmağını göstərir".

Xidmət rəisi qeyd edib ki, bu il isə oktyabrın ilk günlərində hava şəraitinin mülayim keçməsi gözlənilir. Temperatur göstəriciləri əhali üçün komfort sayılan diapozonda, Bakıda 26-28, Aran bölgələrində isə 33 dərəcəyədək isti olacaq, mülayim şərq küləyi əsəcək, oktyabrın 3-də küləyin sürətinin gündüz arabir 15-17 m/s olacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.