Yol polisindən qəzalarla bağlı müraciət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələri zamanı görülməli olan tədbirlərlə bağlı sürücülərə müraciət edib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, baş vermiş yol nəqliyyat hadisəsinin qiymətləndirildikdən sonra müvafiq qaydada qanuni tədbirlər görülür:
"Baş vermiş yol-nəqliyyat hadisələri hüquqi mahiyyətinə görə 2 qrupa bölünür. Birinci qrup maddi xəsarətlə yekunlaşanlar, digəri isə insan xəsarəti və ölümü ilə nəticələnən hadisələrdir. Əgər insan xəsarəti ilə yekunlaşan hadisə varsa, bu, artıq yol polisinin araşdırdığı məsələ deyil, prosessual araşdırma tələb edən məsələyə çevrilir. Çünki xəsarət alanların xəsarət dərəcəsi müəyyənləşdirilir, xəsarət az ağır və ağır formadadırsa (həkim tibbi ekspertin rəyi əsasında), artıq cinayət tərkibli məsuliyyət yaradır. Yüngüldürsə, qərar qəbul olunması məhkəmənin məsuliyyətində olan hal yaranır. İnzibati xəta törədən şəxsə 200 manat məbləğində cərimə və ya məhkəmənin qərarı ilə sürücülük hüququnun 6 aydan 1 ilə qədər məhdudlaşdırılması kimi məsuliyyət tətbiq olunması nəzərdə tutulur. Əgər xəsarətin dərəcəsi müəyyən edilməyibsə, bu zaman yol hərəkətinin hansı qaydası pozulubsa, ona uyğun formada inzibati protokol tərtib olunur. Hhadisə maddi ziyanla bitibsə və bu halda sürücü hadisə yerindən yayınırsa İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən təqsirkar sürücünü 100 manat məbləğində cərimə və 4 cərimə balı olan protokol gözləyir. Hadisə zamanı sürücü birinci olaraq yol polisini məlumatlandırmalıdır ki, hadisə yerinə gələn polis təqsirkar və zərərçəkən tərəfləri müəyyənləşdirə bilsin. Sonrakı mərhələlərdə maddi ziyanın ödənilməsi üçüm müvafiq sənədlərdə sığortaya vaxtında təqdim olunsun".
Qeyd edilib ki, sürücülərin hadisə yerindən yayınması gələcəkdə onların sığorta ödənişlərinin alınmasından imtinaya əsas kimi qiymətləndirilə bilər: "Yəni sürücü üçün gələcəkdə bu hərəkəti həm inzibati, həm də mülki məsuliyyət də yarada bilər.
"Yol hərəkəti haqqında" qanunun 37-ci maddəsində sürücünün üzərinə qoyulan vəzifəyə görə, baş vermiş hadisə zamanı xəsarət alan şəxs varsa, mütləq onu təcili tibbi yarıma çatdırmalı, şəxsin sağlamlığına dəymiş halın qarşısını almaq üçün müvafiq ilkin addımları atmalıdır. Bunları etmək əvəzinə sürücü hadisə yerindən uzaqlaşırsa, bu onun barəsində açılmış cinayət işində ağırlaşdırıcı hal kimi məsuliyyətini dərinləşdirir.
Bir daha bütün hərəkət iştirakçılarından yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyi qəzalar zamanı məsuliyyət yaradan halları düzgün qiymətləndirib bu barədə vaxtında polisə məlumat verməyi aidiyyatı prosedurları qeyd etdiyimiz qaydada icra etməyi, özünün və digər şəxslərin həyat və sağlamlığını təhlükə qarşısında qoymamağı xahiş edirik!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
-
Azovda həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib - rəsmi
-
Kardioloqdan vacib xəbərdarlıq: Bu meyvə ürəyi qoruyur
-
Bu ərazilərə güclü yağış yağır
-
Avtomobil aldı, bir gün sonra geri qaytardı – Pulunu ala bilmədi
XƏBƏR LENTİ
-
Nişanından bir ay keçməmiş həbs olundu
-
Faciədən döndü - Nəfəs kəsən xilasetmə əməliyyatı - VİDEO
-
Günün qoroskopu: Bu gün sizin üçün çox asan olacaq
-
Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb - FOTO
-
Ölümündən 24 gün sonra atası da vəfat etdi
-
Akrobatika və aerobika gimnastikası üzrə Dünya kubokunun ikinci günü - FOTO
-
“Həyatın işini bilmək olmaz, bəlkə gələn zənginə kimi çatmadım”
-
Zorakılığa məruz qaldığı deyilən şagird və valideynləri danışdı - VİDEO
-
Bitkoin ucuzlaşıb
-
“Hürrem” və “Süleyman” 15 il sonra bir arada - FOTO
-
Millimiz dünya çempionatının yarımfinalında
-
Azovda həlak olan kapitanın həyat yoldaşı: hər kəsi xilas etsə də... - FOTO
-
İsrailin hücumları nəticəsində 3593 Livan vətəndaşı ölüb
-
Zığdakı insidentlə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB - VİDEO
-
Hər gün saç daramaq saç tökülməsinə səbəb olur?
-
"100 dolları xırdaladım, cibimdə pul partlayırdı"
-
Bəziləri vizasız qaldı
-
Bakıda inanılmaz görüntü - elə yerdə “drift” etdilər ki... - VİDEO
-
Göygöldə güclü yağış fəsadlar törədib - FOTO
-
Ev heyvanı ilə yatanların nəzərinə
-
Sevgili olduqlarını təsdiqlədi
-
Bakının mərkəzində məşhur bina sökülür? – Park salına bilər
-
Daşkəsəndə kişini at belində ildırım vurdu
-
“Həmin gün kasıbçılıqdan çıxdıq”





