Saxta qazilərin saxta oyunları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkəmizdə şəhid ailələri və müharibə veteranlarına diqqət və qayğının tam fərqli formada olduğu hər kəsə bəllidir. Və bu, danılmaz faktdır. Bu kateqoriyadan olan insanlara dövlətin maddi və mənəvi dəstəyi ən yüksək səviyyədə olub və olacaq da. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda şəhid ailələrinə, müharibə veteranlarına göstərilən diqqət və qayğı nümunəvidir.
Məsələn, bu kateqoriyadan olan insanlara mənzillərin təqdim olunması dünyanın əksər ölkələrində rast gəlinməyəcək bir təşəbbüsdür. Ancaq Azərbaycan bu istiqamətdə demək olar ki, bütün şəhid ailələri və müharibə əlillərini əhatə edəcək addımlar atır. Dünyada gedən iqtisadi proseslərdən asılı olmayaraq hər il bu işlər həyata keçirilir. Bu proses bu gün də davam edir. Ümumilikdə isə bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib və bu davam edir. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar, iqtisadi gücü daim artan ölkəmizin bu istiqamətdə məqsədyönlü siyasət kursu sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.
Lakin təəssüflə qeyd etmək lazımdır ki, hər bir sahədə rast gəlinən neqativ hallara burada da rast gəlinib. Saxta yolla Qarabağ müharibəsi veteranı alınması, bundan geninə-boluna yararlanmaq faktlarına dəfələrlə rast gəlinib. Müvafiq hakimiyyət orqanları da vaxtilə bu nöqsanlara yol verən şəxslərin aşkarlanması və məsuliyyətə cəlb olunması istiqamətində zəruri addımlar atır. Özü də zaman-zaman saxta yolla Qarabağ müharibəsi veteranı alıb özlərini cəmiyyətə qəhrəman kimi təqdim edən şəxslərin özlərinə necə komfortabelli həyat şəraiti yaratdıqlarını da görmşük. Dövlətin onlara yaratdığı şəraitdən yararlanaraq özlərinə obyektlər, var-dövlət və sərvət toplamaqla əsl müharibə qəhrəmanlarının əməyini mənimsəyiblər.
Və dövlət də onların saxta qəhrəmanlığını ifşa edəndə hay-həşir qoparmağa çalışır, hər cür yola əl atırlar. Və haram yolla əldə etdikləri yağlı tikə əldən çıxanda kimlərin yanına qaçırlar? Əlbətdə ki, radikal müxalifət adlandırılan kəsimin yanına. Həmin qüvvələrin əlində alət olan saxta "qəhrəmanlar" bu yolla da nəinki özlərini biabır etmiş olurlar, onlar minlərlə şəhidin, Qarabağ Zəfərinin əldə olunmasında canından, qanından keçən on minlərlə soydaşımızı təhqir etmiş olurlar.
Kamran Seyidov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Toyda bəy özündən çıxdı: Tortu yerə çırpdı - (Video)
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
XƏBƏR LENTİ
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)





