Cəmiyyət

Partiya üzvləri Tahir Kərimlinin evinin qarşısında keşik çəkəcək

18 Fevral 2022 14:42
Baxış: 1 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tahir Kərimliyə qarşı mütəşəkkil hücumlar əsasən gündəmi dəyişməyə yönəlsə də, obyekt olaraq onun seçilməsi çox uğursuz gedişdir. Əlbəttə, ölümlə təhdid məktubunun onun qapısına qoylması çox narahat edici məqamdır və bəyan edirəm ki, Vəhdət Partiyasının fəalları bu gündən etibarən Tahir Kərimlinin evinin qarşısında 24 saat keşik çəkmək üçün növbətçi cədvəlini tutmalıdır".

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bunu partiya sədrinin müavini Vasif Əfəndi bildirib.

"Biz ölkədə stabilliyi pozamağa cəhd edən "5-ci kolon"a yerini göstərəcəyik. Hələ bu gediş çör-çöpdür. Hakimiyyətə siyasi müxalifətin (real müxalifət) əlində milyardlar və kompramatlar var. Onlar nəyə desən, qadirdilər. Çamadanı "atvyorka" ilə sökənlər ciyərimizi də "uf" demədən sökərlər" - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.