Cəmiyyət

"Qarabağ görməyib orada tarix yazan oğullar uğurlu gənclər siyasətinin əyani sübutu oldu"

2 Fevral 2022 18:46
Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənclər siyasətinin uğurlu təməlinin qoyulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bugün bu layiqlli yolu Prezident İlham Əliyev davam etdirir.

Bunu bu gün Bakıda keçirilən Gənclər Forumunun iştirakçısı Ülvi Osmanlı Trend-in suallarını cavablandırarkən deyib.

"44 günlük Vətən müharibəsində Qarabağ görməyib Qarabağda tarix yazan oğullar gənclər siyasətinin əyani sübutu idi", - deyə o əlavə edib.

Ü.Osmanlı qeyd edib ki, gənclər siyasətinin əsas xətlərindən biri də təhsillə bağlıdır. Bu da dövlət strategiyasının müəyyən bir hisssəsini əhatə edir.

"Təhsil strategiyasında bir çox yeniliklər oldu, bunlar arasında müxtəlif bölgələrdə modul tipli məktəblərin tikilməsi, köhnə mətkələrin təmiri və yenidən qurulması daha əhəmiyyət kəsb edir", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibələ Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və forum iştirakçılarının suallarını cavablandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.