Cəmiyyət

The Ritz-Carlton, Baku - yeni lyuks standartın nümunəsi, “Odlar yurdu Azərbaycanda” tezliklə fəaliyyətə başlayacaq

1 Fevral 2022 11:00
Baxış: 3 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tezliklə Bakının tam mərkəzində misilsiz xidmət və dəbdəbəli üsluba malik möhtəşəm otelin açılışı baş tutacaq.

Azərbaycanın gözəl paytaxtında tezliklə fəaliyyətə başlayacaq əsrarəngiz The Ritz-Carlton, Baku oteli 190 geniş otaq, lyuks mənzillər, şəhərin ən geniş prezident otağı və əfsanəvi Ritz-Carlton xidmətini təklif edəcək.

Oteldə, həmçinin, dünya səviyyəli tədbirlər və görüş zalları mövcuddur. Geniş Şuşa  Zalı müxtəlif növ qəbullar, işgüzar görüşlər və ya zərif qala gecələri üçün müstəsna məkandır. Təbii günəş şüaları ilə işıqlanan foye və əsrarəngiz bağçası qonaqların qarşılaması üçün mükəmməldir.

"Biz tezliklə gözəl Azərbaycana gələn bütün qonaqlara yüksək səviyyəli xidmət və misilsiz keyfiyyət təklif edə biləcəyimizə görə çox şadıq. Əfsanəvi memar Zaha Hadid tərəfindən layihələndirilmiş Bakının müasir memarlıq simvolu olan - Heydər Əliyev Mərkəzinin qarşısında yerləşməyimizdən qürur duyuruq.

Bizim Xanımlar və Cənablar qonaqlarımızı qarşılamağı və əfsanəvi The Ritz-Carlton, Baku xidmətini, habelə Azərbaycanın zəngin mədəniyyətini əks etdirən səyahət təcrübələri təqdim etməyi səbirsizliklə gözləyirlər". - Tino Lindner, The Ritz-Carlton, Baku-nun Baş Meneceri deyir.

Oteldə Club Lounge, iki qapalı hovuzu olan Spa, fitnes mərkəzi və gənc səyahətçilər üçün nəzərdə tutulmuş  Ritz Kids proqramı fəaliyyət göstərəcək.

The Ritz-Carlton, Baku sizə fərqli qastronomik səyahət bəxş edəcək. Klassik Nyu-York və müasir Kaliforniya mətbəxlərindən ilhamlanmış menyu ilə, The Maddox əsl Amerikan üslublu Brasserie, Bar və Terrasdır. The Maddox Bakının əyləncə abu-havasına yeni nəfəs qataraq istənilən fəsilin ən dinamik məkanı kimi fəaliyyət göstərəcək.

Blind Tiger müasir gizli bardır. Bura Bakının xüsusi kokteyllərin ən yaxşı spirtli içki seçimi ilə qarışdırıldığı unikal bardır.

Açılışı 2022-ci ilin ikinci yarısına planlaşdırılmış The Ritz-Carlton, Baku oteli zərif Ritz-Carlton xidməti ilə lyuksün yeni ünvanıdır.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.