Cəmiyyət

Adəmin şantajının sonu

17 Yanvar 2022 11:11
Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar Azərbaycan vətəndaşlarının inşaat şirkətlərindən şikayətləri artıb. Təbii, insanların narazılıqları əksər hallarda tikililərin sökülməsi və köçürülmə prosedurları ilə bağlıdır.

Evlərin sökülməsi bir çox hallarda sakinlərin mənzilləri tərk etməsindən əvvəl başlayır.

Bəzən isə tam əksinə olur - tikinti şirkətlərinin ədalətli, haqlı şikayətləri yaranır. Belə ki, "Baxçasaray" MTK Bakı sakini tərəfindən mütəmadi itkilərə məruz qaldığını bəyan edib. "Baxçasaray" MTK mənsublarının verdiyi məlumata görə, bədəməl artıq 8 ildir ki, şirkəti şantaj edir. O, hətta böyük yaşayış kompleksinin inşasını dondurmağa nail olub.

Xatırladaq ki, "Baxçasaray" MTK 2014-cü ildə Xətai rayonundakı Nobel prospekti, 134 C ünvanında yaşayış kompleksinin inşası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən icazə alıb. Yaşayış kompleksinin 6 hektarlıq ərazini əhatə edəcəyi nəzərdə tutulmuşdu.

Gərəkli sənədləri toplayandan sonra "Baxçasaray" MTK kompleksin tikintisinə başlayıb.

Lakin işlər başlayan kimi özünü Adəm İsmayılov kimi təqdim edən şəxs ərazidə peyda olub. O, "Baxçasaray" MTK-ı həmin ərazidə tikinti işləri aparmaq hüququna malik olmamaqda suçlayıb. Guya həmin ərazi ona məxsusmuş. Bundan sonra A.İsmayılov "Baxçasaray" MTK-dan pul tələb edib. İmtina olacağı təqdirdə isə şirkəti məhkəməyə verəcəyi ilə hədələyib.

İşə şirkətin hüquqşünasları qarışıblar. Sənədlərlə tanış olandan sonra hüquqşünaslar belə qərara gəliblər ki, A.İsmayılovun "Baxçasaray" MTK-ya qarşı iradları əsassızdır. Yəni yaşayış kompleksinin tikintisinə davam etmək üçün heç bir problem olmamalı idi.

Lakin A.İsmayılovun bununla bağlı öz mövqeyi vardı və o, prosesə qohumu Sübhan Zahidovu cəlb edib. Müvafiq strukturlara şirkətdən fasiləsiz şikayətlər başlanıb. Sonucda məhkəmə yaşayış kompleksinin tikintisinin müəyyən müddətə yasaqlanması barədə qərar qəbul edib.

Araşdırmalara 8 il sərf ediləndən sonra Azərbaycan Konstitusiya Məhkəməsi "Baxçasaray" MTK-nın xeyrinə qərar qəbul edib. Ədalət zəfər çalıb, şantaja son qoyulub. Lakin bir adamın təxribatları nəticəsində yaşayış kompleksinin tikintisi uzun illər çəkib, şirkətə isə çox böyük ziyan dəyib.

Xatırladaq ki, "Baxçasaray" MTK "YENİ HAYAT" şirkətlər qrupuna daxildir.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.