Cəmiyyət

"Vətəndaşlar ilk olaraq ailə həkimini seçməlidir"

8 Dekabr 2021 21:09
0 Şərh     Baxış: 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İcbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2 550 sayda tibbi xidmət daxildir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.

O qeyd edib ki, icbari tibbi sığortanın ölkə üzrə aprel ayından tətbiqinə başlanılsa da, vətəndaşlar xidmətlər zərfi çərçivəsində xidmətlərdən necə yararlanacağı barədə məlumatlı deyillər.

"Bunun üçün vətəndaşlar ilk olaraq ailə həkimini seçməlidir. Özəl tibb müəssisələrinə göndərişlər olmadan xidmətlər zərfi çərçivəsində xidmətlərdən istifadə etmək mümkün deyil. Xidmətlər zərfinə daxil olmayan tibbi xidmətlərdən vətəndaş öz ödənişi hesabına istifadə edə bilər. Ambulator şəraitdə yazılan reseptlərdəki dərmanların qarşılanması hələ ki, xidmətlər zərfinə daxil deyil", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.