Cəmiyyət

I Qarabağ müharibəsi şəhidi yad edildi - VİDEO

2 Dekabr 2021 15:36
Baxış: 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suraxanı rayonunda 1 ci Qarabağ müharibəsi şəhidi Səxavət Hacıyevin 55 illiyi münasibəti anım tədbir keçirildi. Mərasimdə şəhidə həsr edilmiş "Vətən sənə oğul dedi" kitabının da təqdimatı oldu. Məlumat üçün bildirək ki, Kitab Vətənimizin müdafiəsi, azadlığı, ərazi bütövlüyü uğrunda vuruşaraq şəhid olmuş Səxavət Hacıyevin qısa, lakin şərəfli döyüş yolundan bəhs edir.

Tədbirdə Suraxanı rayon icra hakimiyyəti başçısı Əziz Əzizov, şəhidin doğulduğu Lerik rayonunun icra hakimiyyəti nümayəndəsi Cəlil Baxşıyev millət vəkilləri, şəhidin ailə üzvləri, şairlər, ziyalılar və qazilər iştirak etdi.

Mərasimdə çıxış edənlər şəhid Səxavət Hacıyevin 1 ci qarabağ müharibəsində düşmən üzərində göstərdiyi tarixi qəhrəmanlıqdan onun keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Qeyd edək ki, şəhid Səxavət Hacıyev 1966 cı il Lerik rayonunun Rvarud kəndində doğulub.

O, 1992-ci ildə könüllü olaraq, Qarabağ uğrunda başlanan döyüşlərə qatılır. İlk olaraq Şuşada vuruşan qəhrəmanımız Sədərək uğrunda, həmçininin Laçın uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərir.. Lakin o, Ağdarə rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. Bu döyüş Səxavətin sonuncu göstərdiyi qəhrəmanlıq döyüşü olur.

O, 1993-ci il yanvarın 25-də əbədi ölməzliyə qovuşuraq, şəhidlik zirvəsinə ucalır.

Milli.Az Real Tv-nin hazırladığı sujeti təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.