Britaniyalı aktrisa, model və dizayner Elizabet Hurli çimərlik geyimində çəkdirdiyi fotosunu nümayiş etdirərək pərəstişkarlarını sevindirib.
Milli.Az xəbər verir ki, foto onun İnstaqram hesabında yayılıb. 56 yaşlı məşhur dəniz və çimərlik fonunda pozalar verib. O, 200,000-ə yaxın bəyənmə toplayan paylaşıma "Oh, bəli, nəhayət günəş, dəniz və yenidən günəş" yazısını imzalayıb. Pərəstişkarları modelin görünüşünü şərhlərdə bəyənib, həm də onun incə bədən quruluşunu tərifləyiblər. "Hər il daha yaxşı görünürsən!", "56 yaşda belə füsunkar bədən quruluşu olar?" - deyə yazıblar.
Anar Əli
Milli.Az