Şou-biznes

"Reyhan Müslümova dedi ki, səndən musiqiçi olmaz" - Xəyyam Nisanov

27 Oktyabr 2021 13:48
3 Şərh     Baxış: 3 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Xəyyam Nisanov mərhum müğənni Reyhan Müslümova ilə bağlı etiraf edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni Kazım Sübhanın "Özəl" proqramında R.Müslümovanın onu ifaçı kimi görmədiyini deyib:

"Reyhan Müslümova məni dinlədi və dedi ki, bundan musiqiçi çıxmaz. Onun musiqidən xəbəri yoxdur. Amma mənə inandı, dedi ki, onunla məşğul olmalıyıq. Həyat yoldaşı da musiqiçi idi. Dedi ki, onu öyrətməliyik, yoldaşı razılaşmadı. Amma Reyhan Müslümova məni öz öhdəsinə götürdü və ona sübut etdi. Mən də çalışırdım, əziyyət çəkirdim. Çünki mənə etibar etmişdi, bunu etməliydim. İlk çıxışım "Tut ağacı" mahnısı oldu. Atamın yaradıcılıq gecəsində oxudum".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.