Şou-biznes

30 kq arıqlayan aktrisa yeni görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi - FOTO

27 Oktyabr 2021 12:00
0 Şərh     Baxış: 1 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir il ərzində ümumilikdə 30 kiloqramdan çox arıqlayan avstraliyalı aktrisa Rebel Uilson yeni görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı kadrları o, özünün "Instagram" hesabından paylaşıb.

Fotoda 41 yaşlı məşhur çimərlikdə dekolteli çəhrayı kombinezonda görünür. Onun obrazını qəhvəyi papaq tamamlayır.

"Mənimlə gəl, görərsən", şərhini yazdığı foto 80 mindən artıq bəyənilib.

Pərəstişkarları şərhlərdə aktrisanın görünüşündəki dəyişiklikləri yüksək qiymətləndiriblər.

"Gözəl! Siz məni sağlamlığıma diqqət yetirməyə ruhlandırdınız. Bunun üçün təşəkkür edirəm"," Vau, əla görünürsən!"," Arıqlamağı necə bacardın?"," Cadugərsən? Bu mümkün deyil! Gözəl!"," Rebel Uilson, əvvəllər də səni bəyənməyimə baxmayaraq, arıqlamağın nəticəsi ilə fəxr edirəm. Sənə uğurlar!" - deyə onlar şərh yazıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.