Şou-biznes

Həkim Almaz Ələsgərliyə danışma qadağası qoyub

25 Oktyabr 2021 12:48
0 Şərh     Baxış: 2 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hərdən deyirəm, gedəcəm əməliyyata hər yerimi kəsdirəcəm. Olacam incə. Qızlarım deyir, sən etsən, şirinlik olmayacaq. Səni ana kimi görmək istəyirik. Gedən deyiləm amma".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu szöləri Əməkdar artist Almaz Ələsgərli "Söz baz" proqramında deyib. Müğənni son vaxtlar səhnədən uzaqlaşıb, ancaq teatrda çalışmasından danışıb:

"Əvvəl həvəs var idi. Görürdün biri klip çəkib, gedirdin sən də çəkdirirdin. Cavanlıq başqa bir şeydir. İndi yolu verdik cavanlara, sənətdən ayrıldım. Pandemiyada heç yerə çıxmadım. 2 ilə yaxındır, səhhətimdə problemlər oldu. Həkim demişdi, susmaq lazımdır, danışmaq olmaz. Boğazımda problemlər var idi. Şükür, çətinlikdən çıxdım, hər şey yaxşıdır.

İki qızım, iki nəvəm var. Bir ara övladlarımla bağlı həyatımızda qara xətt oldu. İndi, şükür... Böyük qızım gözəl ailəyə gəlin gedib. İki övladı var. Çox yaxşı kürəkənim var...".

Milli.AZ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.