Şou-biznes

Kəmalə Nəsibova 15 ildən sonra teatrdan getdi: "Böhtanlardan bezdim" - FOTO

23 Oktyabr 2021 21:06
2 Şərh     Baxış: 2 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Muğam ifaçısı Kəmalə Nəsibova 15 ildir çalışdığı Opera və Balet Teatrı ilə yollarını ayırıb.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xanəndənin dediyinə görə, öz istəyi ilə ərizəsini yazaraq teatrdan uzaqlaşıb:
 
"Yalanlar, böhtanlar məni bezdirdi. Söz gəzdirənlərdən, xəbərçilik edənlərdən yoruldum. Ərizəmi yazıb özüm teatrdan çıxdım".
 
Kəmalə Nəsibova ilə bağlı digər diqqət çəkən məqam isə onun xeyli çəki atması olub. 15 kiloqram arıqlayan ifaçının sözlərinə görə, heç bir plastik əməliyyat etdirməyib:
 
"İdman vasitəsilə arıqlamışam. Hələ də arıqlamağa davam edirəm. İndi 65 kiloqramam, 10 kiloqram da arıqlayıb 55-ə düşəcəm".
 
Qeyd edək ki, K.Nəsibova "Arşın mal alan", "Leyli və Məcnun", "Sevil", "Aşıq Qərib" kimi tamaşalarda rol alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.