Şou-biznes

Fatimə xadiməsi üçün ağlaya-ağlaya pul istədi - VİDEO

23 Oktyabr 2021 18:00
6 Şərh     Baxış: 5 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəqqasə Fatimə Fətəliyeva sahibi olduğu gözəllik salonunun xadiməsi üçün canlı yayıma çıxıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, "Elgizlə izlə" proqramında qonaq olan sənətçi işçisinin övladının əməliyyat edilməsi üçün pul lazım olduğunu söyləyərək ağlayıb:

"Yanımda neçə ildir çox gözəl bir xanım çalışır. Xadimədir. Çox gözəl insandır, ailəsini zəhməti ilə dolandırır. Həmişə üzü gülərdi, neçə vaxtdır fikir verirdim ki, üzü gülmür, özünə baxmır. Maraqlandım ki, övladının səhhətində problem var. Üç ay ərzində əməliyyat olunmalıdır. Kollektivimizlə ona yardım etdik, amma tək əldən səs çıxmaz. Xahiş edirəm ki, xalqımız dəstək olsun. İnsanlar var ki, varı-dövləti yığıblar, üstündə oturublar. Nəyi gözləyirlər? Bizə yaxşılıqdan başqa heç nə qalmayacaq. Bu oğlan igid əsgəridir. Gülnar onunla nəfəs alır. Analar - atalar var ki, övladını atır. Valideynlər də var ki, övladını sağlam görmək istəyir. Həkimlərdən, yaxşı insanlardan, imkanlı şəxslərdən xahiş edirəm ki, dəstək olsunlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.