Şou-biznes

“Qızıl-brilliantı olmayan nə etsin?” - Tənqid etdi

23 Oktyabr 2021 17:30
4 Şərh     Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prodüser Tarix Əliyev (Tolik) son günlər maddi sıxınıtları ilə gündəmə gələn Əməkdar artist Firuzə İbadovanı tənqid edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, bu barədə "Onda görüşək" verilişində qonaq olarkən danışıb. Tolik mövzu haqda bunları söyləyib:

"Siz pulları yığıb özünüzə ikiotaqlı ev ala bilmədiz? Deyir, pandemiya vaxtı qızılları-brilliantları satıb dolandım. Bəs qızıl-brilliantı olmayan nə etsin? Siz toylarda, el şənliklərində pul qazanıb almısınız, dar gündə satmağa nəsə var. Olmayanlar nə edir? Siz brilliantlar taxanda, bunun həsrətində olan insanlar var idi. Cavanşir Məmmədov Azərbaycanda ən bahalı avtomobillərlə tanınan sənətkardır. Firuzə xanım 100 minlərlə qiyməti olan kliplər çəkdirməyib. Mahnı oxuyub, lentə yazdıran müğənnilər olub. Bunlar nəyə borc ediblər?"

Qeyd edək ki, F.İbadova "Günün sədası" proqramında qonaq olarkən 32 kvadratmetrlik evdə yaşadığını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.