Şou-biznes

“Sən övladsan, kredit kartı deyilsən” - Özcandan oğluna

23 Oktyabr 2021 13:06
0 Şərh     Baxış: 1 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Özcan Deniz və keçmiş xanımı Feyza Aktanın qəyyumluq məhkəməsi keçirilib.

Milli.Az olay.az-a istinadən xəbər verir ki, sənətçi məhkəmədən sonra oğlu Kuzeyin  fotosunu İnstaqram hesabında paylaşaraq bu sözləri qeyd edib:

"Sən övladsan, kredit kartı deyilsən, öz hüquqları olan bir fərdsən. Kimsənin şöhrət pilləsi, sınaq taxtası, mənfəət qapısı deyilsən. Sənin balaca bədəninin arxasına sığınan, bunları edən hər kəs, kim olursa olsun, axan hər damla göz yaşımızın hesabını hüquq qarşısında verəcək, canım oğlum. Addım atdığın torpağa, aldığın hər nəfəsə qurban olacaq atan var".

Qeyd edək ki, cütlük 2019-cu ilin iyununda boşanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.