Şou-biznes

"O geyimə görə anam məni danladı" - Əməkdar artist

24 Oktyabr 2021 02:15
0 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çoxları deyir ki, o vaxtlar elə obraza çəkilmisiniz, risk etmisiz. Məndən əvvəl Xuraman Qasımova "Liftçi qız"da dənizdə çəkilmişdi".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi "Bazar düzü" proqramında deyib. Müğənni bir vaxtlar çəkildiyi "Baladadaşın ilk məhəbbəti" filmindən danışıb. O, həmin vaxt çimərlik geyimində kamera qarşısına keçməsinin yaxşı qarşılanmadığını bildirib:

"O vaxtlar Sumqayıtda yaşayırdıq, dənizə tez-tez gedirdim. Ona görə də filmə çəkiləndə ağlıma gəlmirdi, yeniyetmə yaşımda idim. Sonradan hamı başladı dedi ki, çimərlik geyimində filmə çəkildin. Anam da məni görəndə o ki, var danladı. Uşaq olmuşam... O filmdən sonra dənizə getmədim".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.