Şou-biznes

Xərçəng olan Əməkdar artistin mədəsini kəsdilər

22 Oktyabr 2021 16:42
2 Şərh     Baxış: 2 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Niftulla Əsgərov əməliyyat olunub.

Milli.Az xəbər verir ki, bu haqda aktyor axşam.az-a açıqlamasında danışıb. Xərçəngdən əziyyət çəkən N.Əsgərov hazırda özünü yaxşı hiss etdiyini deyib:

"On gündür xəstəxanada yatıram. Əməliyyat olundum, bütün mədəmi kəsib götürdülər. Çünki şiş böyük idi, orda qalmasın deyə mədə bütöv götürüldü. Hazırda palataya köçürülmüşəm. Hələ həkim evə buraxılmağı məsləhət görmür. Bəlkə gələn həftə evə buraxıldım".

Qeyd edək ki, N.Əsgərov bir müddət əvvəl ürəyindən əməliyyat olunduğunu demişdi. O bildirib ki, ürəyinə stend qoyulub.

Xatırladaq ki, aktyor "Qərib cinlər diyarında", "Bığ əhvalatı", "My name is İntiqam", "Bayram axşamı" kimi filmlərdə rol alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.