Şou-biznes

Qızı Ancelinanın 7 il əvvəlki libasını geyindi - FOTOlar

19 Oktyabr 2021 19:24
0 Şərh     Baxış: 1 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzu Ancelina Coli "Əbədi" filminin dünən baş tutan premyerasına 5 övladı ilə birgə qatılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi qırmızı xalçaya uşaqları ilə birlikdə çıxıb. Gecədə diqqət çəkən isə aktrisanın qızı Zaxara olub. Buna səbəb onun Ancelinanın 2014-cü ildə "Oskar" mükafatlandırma mərasimində geyindiyi libası üstündə daşıması olub. Geyimin qızın əyninə böyük olması müzakirələrə səbəb olub.

Zaxara ilə yanaşı aktrisanın digər övladları Meddoks, Şaylo və əkizlər Vivyen ilə Knoks da yanında yer alıb. Oğlu Paks isə gecə ərzində gözə dəyməyib.

Qeyd edək ki, Ancelina bu paltarı geyindiyi tədbirdə hələ keçmiş həyat yoldaşı Bred Pittlə münasibətlərini rəsmiləşdirməmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.