Şou-biznes

Ukrayna gözəli rus dilində danışdı - TƏNQİDLƏRLƏ ÜZLƏŞDİ

19 Oktyabr 2021 17:06
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada keçirilən "Ukrayna gözəli" yarışmasının qalibi Anna Neplyax sosial şəbəkələrdə rus dilindən istifadə etdiyi üçün millətçilərin tənqidi ilə üzləşib. O, buna cavab olaraq İnstagram səhifəsində videomüraciət yerləşdirib.

Milli.Az xəbər verir ki, bu haqda informasiya "Gazeta.ru" saytında yer alıb.

"İstifadəçilərimin 90 %-i rus dilində danışdığına görə bloqumda bu dildə yazıram. Nəticədə milyonlarla insan tərəfindən ittiham edildim, ancaq neyləyim ki, Ukrayna dilini yaxşı bilmirəm". Dneprli qız Ukrayna dilində belə yazıb.

Neplyax qeyd edib ki, əhalisinin 90 %-nin rus dilində danışdığı bir şəhərdə, rusdilli ailədə böyüyüb və istər-istəməz ona uyğun dildə danışır.

Xatırladaq ki, 2019-cu ildən bəri Ukraynada bütün sahələrdə yalnız Ukrayna dilinin istifadəsini nəzərdə tutan "Ukrayna dilinin dövlət dili olaraq fəaliyyət göstərməsini təmin etmək haqqında" qanun var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.