Nüşabədən çağırış: “Günə 6-7 qazi toyu olur, çatdıra bilmirəm, siz də qoşulun”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Hörmətli sənət yoldaşlarım, 2 il toy olmadı, acından ölmədik. İki ay Məhərrəmlik olur, yenə ruzini Allah yetirir. Yeni sezonda qazi toyları var, xahiş edirəm, bu təşəbbüsə qoşulun. Mən təkəm, bir günə 6-7 qazi toyu yazılır, üçünə ancaq gedə bilirəm. Çünki ayrı-ayrı yerlərdədir, məsafə uzaqdır. Ən azından mənim gedə bilmədiklərimə siz yollanın. Yarım saat oxumaqla acından ölməyəcəksiniz".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri İnstaqram hesabında müğənni Nüşabə Musayeva yazıb. O, həmkarlarına müraciət edərək bunları söyləyib:
"Bizim yolumuzda sağlamlıqlarını, canlarını qoyublar. Bu borcumuzdur. Onların borclarını heç vaxt qaytara bilmərik. Ən azından onlara bir stimul verərik. Qazi olmaqları ilə fəxr edərlər. Müharibə zamanı Vətənim, igidim, əsgərim, millətim, ordum, şəhidim, torpağım, deyə bağırıb, paylaşımlar edirdiniz. Bəs vətənpərvərliyiniz necə oldu? Elə sosial şəbəkələrdə paylaşımlardamı vətənpərvərsiniz? Yoxsa borcunuzu, hərbi geyimdə klip çəkdirməklə ödədiyinizi düşündünüz? Onlara kliplər, paylaşımlar yox, özəl günlərində yanlarında olmağınız lazımdır. Bütün ifaçıları bu gözəl təşəbbüsə qoşulmağa dəvət edirəm. Gözəllik, gün salonları və məclislərlə əlaqəli digər sahələrdə çalışanlara səslənirəm. Qazilərimizə, Vətən oğullarımıza, şəhid ailələrimizin balalarının toy günlərində diqqət göstərin. Qazilərimiz də canlı şəhid sayılırlar. Biz onların sayəsində rahat yaşayırıq. Nə tez unutdunuz?"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Daşkəsəndə kişini at belində ildırım vurdu
-
“Həmin gün kasıbçılıqdan çıxdıq”
-
Diş qıcama bu problemlərə səbəb olur
-
"Rıza baba" və komandası "şəhid" oldu?
-
Azovda həlak olan və yaralanan azərbaycanlıların sayı dəqiqləşdirilib - rəsmi
-
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - YENİLƏNİB - FOTO
-
Mürsəl Əliyevə yeni vəzifə verildi
-
Bu qurumun rəhbəri dəyişdi
-
Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda təmsil olunur - FOTO
-
"Qızlarım onu məndən çox istəyir"
-
Klassik və sürət avtomobilləri festivalının birinci günü başa çatıb - VİDEO - FOTO
-
Güclü yağış yolun çökməsinə səbəb oldu
-
Kardioloqdan vacib xəbərdarlıq: Bu meyvə ürəyi qoruyur
-
Şagirdi döyən idman müəllimi cəzalandırıldı
-
Bu ərazilərə güclü yağış yağır
-
XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama
-
Bir gündə 64 cinayət açıldı, 147 axtarışda olan şəxs saxlanıldı
-
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
-
Halk Hoqa bu səbəbdən ölübmüş
-
Kürdəmirdə açıq ərazidə yanğın olub
-
Avtomobil aldı, bir gün sonra geri qaytardı – Pulunu ala bilmədi
-
Dünya Kuboku öncəsi qalmaqal: Futbolçular stadionlardaki problemi üzə çıxardı - VİDEO
-
Millimizin iki futbolçusu heyətdən çıxarıldı
-
Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb





