Rəhim Rozanı “ağ yuyub qara sərdi”: “O insanı yerlə bir edərəm”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Həyatımda Rozanı 4 dəfə görmüşəm. Onunla ailəvi gediş-gəlişimiz yoxdur. Roza evimdə olmayıb. O, ünvanımı bilmir".
Milli.Az sherq.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Rəhim Rəhimli "ATV Maqazin onlarla" proqramının " 33 sual" rubrikasında həmkarı Roza Zərgərli haqda söyləyib. Sənətçi R.Zərgərlinin "Rəhimin evində qonaq da olmuşam. Anasının əllərindən öpürəm" sözlərinə münasibət bildirib:
"Heç bir konsertdə üz-üzə gəlməmişik. Səhnədə birgə çıxış etdiyim sənətçilər Brilliant Dadaşova, Röya Ayxan, Aygün Kazımovadır. Heç vaxt Roza olmayıb. Çox konserti özüm təşkil edirəm və ora Rozanı istəmərəm. Anamın, qardaşımın adını bilməz. Mən də onun ailəsini tanımıram. İki dəfə onunla telefonda danışmışıq. Bir dəfə konsertə dəvət etmişdi. Böyük məmnuniyyətlə qəbul etdim. Çünki həmin konsertdən yığılan vəsait bir uşağın əməliyyatı üçün xərcləndi".
İfaçı R.Zərgərlinin " Bir musiqi qrupu ilə mübahisə etdim. Rəhim onları mənə qarşı qızışdırdı. Dedi ki, mən sizə şərait yaradıram, çıxın onu yıxıb-sürüyün" iddialarına da cavab verib:
"Düz deyir. Elə bir şey etmişəm. Mənə qrupdan zəng gəldi. Dedilər ki, biz Roza xanımın konsertində idik. Pulumuzu vermədi. İşlətdi, çapdı,taladı, amma qonorar ödəmədi. Dedim, ola bilməz. Çünki o konsertdə mən də iştirak etmişəm. Bilirəm ki, Rozanın imkanı yaxşıdır, studiyası, maşını və sair var. Amma and içdilər ki, vermədi. Söylədim ki, kim olursa, olsun, pulunuzu ödəməyibsə, yıxıb-sürüyün. O insanı yerlə bir edərəm. Musiqiçinin pulunu ödəməmək nə deməkdir?! Bildiyimə görə, indiyənə qədər pulunu verməyib".
R.Rəhimli verilişdə həmin musiqiçilərdən birinə zəng edib. O da hələ də R.Zərgərlidən pulu ala bilmədiklərini təsdiqləyib. Rəhim isə onun əvəzindən musiqiçilərin pulunu ödəyib, jest edə biləcəyini xüsusi vurğulayıb:
"Musiqiçinin pulunu ödəməmək yaxşı deyil. Rozaya nə olub? Allah şəfasını versin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tələbələrə "süni intellektdən istifadə etməyin" deyən akademik məqaləni süni intellektə yazdırdı
-
Şəkərsiz mürəbbə hazırlamağın 5 qızıl qaydası
-
10 saniyədə hamam plitələrinin arası tərtəmiz olur: Tək bir məhsul bəs edir
-
Şirniyyat istəyini azaltmağın təbii yolları açıqlandı
-
Pomidor yetişdirəndə suya bir damcı yod əlavə edin - SƏBƏB
-
Pəncərənizin önünə qoyun, ağcaqanadlar yaxın gəlməsin
-
Həmin qidaların müntəzəm istifadəsi xərçəng riskini artırır - XƏBƏRDARLIQ
-
Temperaturun kəskin dəyişməsi orqanizmə necə təsir edir?
-
Şokolad xarab olur? Üstü ağaranda kristallaşır?
-
Azərbaycan millisi finalda - Avropa çempionatı
-
Çılpaq bədənini DÇ-yə gedən ulduzların şəkilləri ilə örtdü - FOTO
-
İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
-
Narkotik istifadə edirlərmiş
-
Günün qoroskopu: Maddi tərəfdən müsbət irəliləyişlər nəhayət ki, baş verə bilər
-
Elvin millinin məşqində qolları sıralayır - VİDEO
-
Dilan Polada hücum edildi, mühafizəçisi öldürüldü – VİDEO
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Müğənnilərin fantastik toy qiymətləri – SİYAHI
-
Tovuzda ağır qəza - ölən və yaralananlar var - YENİLƏNİB
-
Varşavada Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub - FOTO
-
"O qədər təkliflər gəlir ki, deyirlər, iki nöqtə edək"
-
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
-
Yaşı 50-dən yuxarı olanların diqqətinə
-
Aparılan tikinti uşaq bağçası üçün təhlükə törədir? - VİDEO





