Şou-biznes

"Ciyərlərinin 80 faizi buzlaşmışdı" - Nəbinin dostu danışdı

15 Aprel 2021 17:37
Baxış: 2 926
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, qarmon ifaçısı Nəbi Məmmədov dünən 32 yaşında vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, koronavirus infeksiyasına yoluxan musiqiçi bu gün Şirvan şəhərində dəfn edilib. Onun dəfn mərasiminə musiqiçi dostları da qatılıblar.

Mərhumun yaxın dostlarından biri, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Axşam.az-a açıqlamasında bildirib ki, Nəbinin heç bir xəstəliyi olmayıb:

"Virusa yoluxduqdan sonra xəstəxanaya gec getdi. Müalicəsi də gec başlanıldı. Ciyərlərinin 80 faizi buzlaşmışdı. Onunla birlikdə atası və anası da koronavirusa yoluxmuşdu. Onların müalicəsi davam edir. Hər ikisinin vəziyyəti yaxşılaşıb. Ağır günləri geridə qoyublar".

Qeyd edək ki, N.Məmmədov iki oğul atası olub. Onun ikinci övladı xəstəxanada olan ərəfədə doğulub. Musiqiçi Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalına yerləşdirilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.