Şou-biznes

Mahsun və İvana Sərtdən şəhidlərimizlə bağlı paylaşım

15 İyul 2020 19:05
Baxış: 4 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuz istiqamətində döyüşlərdə həlak olan şəhidlərlə bağlı sosial şəbəkədə minlərlə paylaşım olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki,cəbhə bölgəsində yaşanan hadisələrə türkiyəli tanınmışlar da biganə qalmayıblar.

Müğənni Mahsun Kırmızıgül İnstaqram hesabında "story" bölümündə şəhid olan general-mayor Polad Həşimovla bağlı paylaşım edib.

O, Həşimovun şəklini yayımlayaraq "Bacarıqlarına görə ona verilən evi şəhid ailəsinə bağışlayan, avtomobilini nazirliyə verib evinə metro ilə gedən, siyasətçilərin örnək alması gərəkən dürüst insan - general-mayor Polad Həşimov şəhid olub. Azərbaucan şəhidlərinə Allahdan rəhmət diləyirəm" sözlərini yazıb.  

Digər paylaşımı isə moda məsləhətçisi İvana Sərt edib. O, ötən gün vəfat edən 7 şəhidin şəklini yayımlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.