Şou-biznes

"İnsan bilməlidir ki, kim ilə bir yerdədir" - Pərvin keçmiş sevgilisi Muradın işdən çıxmasından danışdı

7 İyul 2020 18:36
Baxış: 3 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Pərvin Abıyeva sosial şəbəkə hesabında canlı yayım edib.

Milli.Az big.az-a istinadla xəbər verir ki, aktrisaya izləyicilərindən biri "Niyə həmişə səninlə sevgili olan oğlanlar işdən qovulur?" deyə sual ünvanlayıb. Pərvin suala belə cavab verib:

"Oğlanlar yox, oğlan olub, biri qovulub. O da öz səhvi ucrbatından qovulub. Nə onun ad günündəki tortunu mən zakaz eləməmişdim, nə də onun ad günündəki videoları mən paylaşmamışdım. İnsan gərək əvvəlcədən özü düşünsün və insan bilməlidir ki kim ilə bir yerdədir. Əgər, sən məşhur bir insanla bir yerdəsənsə bilinməyini istəmirsənsə, tanınmağını istəmirsənsə bu qədər rahat davranmamalısan. Əgər, davranırsansa arxasında durmalısan. Yəni hərşeyi qızın üstünə atmaq lazım deyil. Oğlan əvvəl münasibət quranda bilir ki, kim ilə qurur. Yəni bu cür "tupoy- tupoy" suallara, söhbətlərə artıq son verin. Heçkim heçkimi zornan münasibətə məcbur eləməyib. Eliyib, qarşı tərəf eliyib. Mən tərəfdən yox".

Qeyd edək ki, Murad Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı məlumatda qeyd olunurdu ki, "Polis haqqında" Qanunun və "DİN əməkdaşlarının etik davranış kodeksi"nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən daxili işlər orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, bununla da polisin nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.