Şou-biznes

Rəşad Haşımov “Rast”ın solisti ilə evləndi

21 Yanvar 2020 11:34
12 Şərh     Baxış: 5 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rast" qrupunun yaradıcısı və rəhbəri, Əməkdar artist Rəşad Haşımov ikinci dəfə ailə həyatı qurub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 49 yaşlı məşhur musiqiçi rəhbəri olduğu qrupun solisti, Əməkdar artist Lamiyə Kərimova ilə evlənib.

Toy bir neçə gün bundan əvvəl Bakının tanınmış restoranlarının birində baş tutub. Məclisə çox az sayda qonaqlar dəvət olunub və qapalı keçirilib.

Səbəbkarlar toyda iştirak edən qonaqlardan hər hansı bir görüntülərin sosial şəbəkələrdə paylaşılmamasını xahiş ediblər.

Qeyd edək ki, R. Haşımov Xalq artisti Ceyran Haşımovanın oğludur və bir müddət əvvəl ilk evliliyindən boşanıb. Onların bu nikahdan iki övladı var və əməkdar artist eyni zamanda, nəvə sahibidir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.