Şou-biznes

"Başdan-ayağa biabırçılıqdır"

18 Yanvar 2020 16:53
1 Şərh     Baxış: 2 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Firuzə İbadova İnstaqramda heç bir profili olmadığını deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "X maqazin"ə açıqlamasında mənfi rəyləri oxumamaq üçün sosial şəbəkələrdən uzaq gəzdiyini bildirib: 

"İstəmirəm, şərhləri də görmürəm. Bir də görürsən sənəti böyük olan biri haqda elə şey tapıb yazırlar ki... Altından da kimlər nə gəldi yazır. Belə insanlar bizim xalqın nümayəndəsi ola bilməz. Məni istəyən özümə, dostlarıma zəng vurub tapırlar".

F.İbadova oxunan bayağı mahnılardan söz açıb:

"Kimin ağlına nə gəldi oxuyur. Qəzəl, musiqi, rəng, təsnif yoxdur. Başdan-ayağa biabırçılıq, bayağılıqdır".

Müğənni özü ilə bağlı bir etiraf da edib. O bildirib ki, ətir adları bilmir:

"Mütləq lazımdır ətirləri bilmək. Mənim eyibimdir, bilmirəm".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.