Şou-biznes

“Çox dua etdim ki...” - Abbas küsülü olduğu Zamiqdən danışdı

13 Dekabr 2019 17:39
0 Şərh     Baxış: 3 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mən Röyanı Zamiqə qısqanmıram. Şəxsi münasibətlərimizin başqasına aiddiyyəti yoxdur. Əgər Zamiqlə münasibətim yoxdursa, Röyaya deyim, Zamiqlə şəkil paylaşma? O da insandır. Sevilir, özünəməxsus həyat tərzi var. Heç kimlə düşmənçiliyim yoxdur".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Abbas Bağırov "Show News"un suallarını cavablandırarkən küsülü olduğu həmkarı Zamiq Hüseynov haqda deyib.

Sənətçi bildirib ki, Zamiqin ata olma xəbəri onu sevindirib:

"Münasibətdə müəyyən problemlər var, bəlkə, zamanı gələr dəyişilər. Görüşəndə "salam-sağ ol" edirik. Dəfələrlə məclislərdə səhnəyə çıxanda bir-birimizi elan edirik. Elə məclislər olub ki, eyni masada da əyləşmişik. Uğurlarına sevinirəm. Mən də atayam, çox sevindim. Çox dua etdim ki, salamat böyüsün, valideynlərinə layiqli övlad olsun. Üz-üzə gəlsək, təbrik edərəm".

Qeyd edək ki, sənətçilər uzun müddətdir küsülüdür. A.Bağırov küsülülüyün səbəbi kimi Zamiqin onun ad gününü yarımçıq tərk etməsi və ailəsindəki xeyir işinə gəlməməsini göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.