Şou-biznes

“Qadın adına ləkə gətirən....” - Aysel əsəbiləşdi

13 Dekabr 2019 15:59
6 Şərh     Baxış: 4 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ağaca güvənə bilərsən. Çünki bilirsən ki, alma ağacı alma, ərik ağacı ərik verir. Heyvanlara güvənə bilərsən, çünki şir şir kimi davranar, meymunkuq etməz. Ata güvənə bilərsən, çünki yorulsa da, yara alsa da sahibini mənzilinə çatdırar, yarıyolda qoymaz".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkədə yazıb. Sənətçi insanların etibarsızlığından bəhs edib.

Aysel adını çəkmədiyi tanışını isə hədələyib:

"İnsanlara güvənə bilmirsən. Onlar üzünə gülərək, arxasında xəncər gizlədən varlıqdır. Dəfələrlə şahidi olmuşam, dost, canım, bacım, quzum deyib. Arxada elə murdar işlər çevirən pis varlıq var ki... Onlardan uzaq olmaq lazımdır. Bu həyatda heç kimə güvənmək olmaz. Məsafə saxla. Allaha yaxın, bizdən uzaq olsunlar.

Həmin o qadın cinsinə ləkə gətirən, bu yazımı oxuyanda anlayacaq kimdən danışıram. Bəli, sən, ağıllı ol. Dəvə girib kolluğa, elə bilir ki, heç nə bilmirik, görmürük".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.