Şou-biznes

Kənandan Çimnaza: "Mən bu yaşdan sonra durub kiməsə öpüşmək öyrədəcəm?"

11 Dekabr 2019 19:09
6 Şərh     Baxış: 8 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizim Qarabağ boyda dərdimiz var, indi öpüşməkdən danışaq?"

Milli.Az az xəbər verir ki, bu sözləri Sonxeber.az-a açıqlamasında Azərbaycanın tanınmış kino rejissoru Kənan Mahmudov aktrisa Çimnaz Sultanovanın "Azərbaycanda öpüş səhnələrini çəkə biləcək rejissor yoxdur" fikrinə cavab olaraq deyib. Kənan MM bildirib ki, kim necə öpüşür, rejissor da elə çəkir:
"Mən bu yaşdan sonra durub kiməsə öpüşmək öyrədəcəm?"

Bildirək ki, "Vicdan Haqqı" serialından tanıdığımız aktrisa Çimnaz Sultanova Tarix Əliyevin veriliş əsnasında ona ünvanladığı "öpüşmək səhnəsinə çəkilərdinizmi?" sualına qalmaqallı açıqlama verib. Belə ki, aktrisa suala "Azərbaycanda belə səhnələri çəkməyi bacaran rejissor yoxdur" deyərək cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.